ELM VƏ TƏHSİL
Elmi seminarda gənc tədqiqatçının məruzəsi dinlənilib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda şuranın sədri Vüsalə Xəlilzadə “Ksilotrof makromisetlərdən ferment preparatların alınması və hidrolitik fermentlərin katalitik aktivliyinin bəzi kinetik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Gənc tədqiqatçı apardığı elmi-tədqiqat işlərinin nəticələri barədə məlumat verib. Qeyd edilib ki, ferment preparatlarında olan hidrolotik fermentlərin katalitik aktivliyini xarakterizə edən kinetik parametrlər prosesin effektivliyini təmin edəcək kəmiyyət göstəricilərinə malikdir. Bu səbəbdən onlar liqnosellüoza tərkibli bərpa olunan bitki tullantılarının enzmioloji konversiyasında uğurla istifadə edilə bilər.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.