Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Elmilik və ziyalılıq təcəssümü

Bakı, 11 may, AZƏRTAC

Mayın 15-i görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin doğum günüdür.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Elmilik və ziyalılıq təcəssümü” məqaləsini təqdim edir.

Hər bir ailədə, nəsildə, kollektivdə doğmalar, qohumlar, həmkarlar tərəfindən ən çox seviləni, hamının xüsusi hörmətlə yanaşdığı insan var. Bizim soy-kökümüzün orta nəsli arasında professor Qara Məşədiyev özünün təmkinliyi, dünyagörüşü, elmiliyi, səmimiliyi, dosta, qohum-əqrəbaya, çalışdığı kollektivə sədaqəti və digər insani keyfiyyətləri ilə fərqlənir. Bu və başqa müsbət xüsusiyyətlərinə görə Qara müəllimə böyük ehtiramımız var. Onun haqqında müsbət fikirlər söyləndiyinin hələ orta məktəbə getməmişdən şahidi olurdum. Ailəmizdə onun məktəb, tələbəlik illəri, AMEA-da işlədiyi zaman qazandığı uğurlar, zəhmətkeşliyi barədə söhbətlər gedirdi. Uşaq təxəyyülü ilə onun barəsində daha çox öyrənmək istəyirdim. Zaman keçdi, taleyin qisməti məni Qara müəllimin həm sənətinə, həm də 1968-ci ildən indiyədək (nə az, nə çox düz 51 il) işlədiyi AMEA-ya gətirib çıxardı. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsini bitirdikdən sonra ixtisasım üzrə akademiyanın aspiranturasına qəbul oldum. On doqquz illik birgə əmək fəaliyyəti zamanı Qara müəllimin mənə məlum olmayan xüsusiyyətlərini, yaradıcılıq uğurlarını daha dərindən öyrəndim. Onun elmi yaradıcılığı ana dilimizin qorunub saxlanmasında, inkişafında və zənginləşməsində diqqətəlayiqdir. Professor Qara Məşədiyev dilçiliyin müxtəlif sahələrinə nüfuz etmişdir. Bunu onun yaradıcılığı ilə qısa tanışlıqdan da aydın görmək mümkündür. Onu da hiss edirsən ki, bu alicənab, xeyirxah, zəhmətkeş insanın həyatı o qədər də asan olmayıb. Bütün uğurlara gərgin zəhməti hesabına nail olub. Yeddiillik məktəbə də, onillik təhsil ocağına da dərəli-təpəli, daşlı-çınqıllı dağ yolları ilə müvafiq olaraq 10-25 kilometr məsafəni qət edərək gedib. Yola 2-3 saata yaxın vaxt itirməsinə baxmayaraq Qara Məşədiyev dərs əlaçısı olub. 1939-cu il mayın 15-də İbrahim kişinin, Əzət xanımın ailəsində dünyaya göz açan Qara müəllimin doğulduğu Gədəbəy rayonunun Göyəmli kəndindən üç əmimdən və atamdan başqa ali təhsil alan olmayıb. Babamla nənəm övladlarının ali təhsil almaları üçün çalışmış və zəhmətlərinin bəhrəsini görüblər. Bunları deməkdə bildirmək istəyirəm ki, çəkilən zəhmətin arxasında uğurlar dayanır. Qara müəllimin də zəhməti hədər getməyib. O, Gədəbəy rayonunun 18 iri kəndi birləşdirən Şınıx mahalında yeganə orta təhsil ocağı olan Çayrəsullu kənd orta məktəbini əla qiymətlərlə bitirərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsinə müvəffəqiyyətlə imtahan verib tələbə adını qazanıb. Təhsilini başa vurub alman dili və Azərbaycan dili ixtisaslarına sahib olub.

Ali təhsil diplomu alan Qara Məşədiyev təyinatla doğma rayonunun Maarif kəndi yeddiillik məktəbinə müəllim göndərilir. Qısa müddət ərzində həm dərs dediyi məktəbdə, həm bütövlükdə rayonun təhsil sistemində, eyni zamanda, ictimaiyyət arasında böyük nüfuz qazanan Qara müəllimi təhsilini davam etdirmək, elmin daha yüksək səviyyəsində bilik və bacarığını sınamaq, ana dilimizin inkişafına töhfə vermək arzusu yenidən Bakıya gətirdi. Onun müraciəti doğma institutu - indiki Azərbaycan Dillər Universitetində də, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda da müsbət qarşılanır. O, elm məbədi akademiyanı seçir. Dilçilik İnstitutunun ovaxtkı direktoru, tanınmış türkoloq, dilçi alim, akademik Məmmədağa Şirəliyev Qara Məşədiyevlə qısa söhbətdən sonra onu müasir Azərbaycan dili şöbəsinə laborant vəzifəsinə götürüb.

Qara Məşədiyev fəaliyyətə başladığı ilk günlərdən institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın rəhbərliyi altında araşdırmalar aparmağa səy göstərir. Çox keçmir ki, kollektivə qaynayıb-qarışır, məcmuələrdə, toplularda elmi məqalələri dərc edilir. Onun ilk elmi əsəri - “Vasitəsiz və vasitəli nitq” əsəri akademik nəşr olan “Müasir Azərbaycan dili” kitabında yer alıb. Qeyd etməliyik ki, Qara müəllimin zəhmətsevərli, elmi araşdırmalarının nəticələri institut rəhbərliyinin diqqətini çəkir və o, kiçik elmi işçi, az sonra isə böyük elmi işçi vəzifəsinə keçirilir. Pillə-pillə yüksələn Qara Məşədiyev baş elmi işçi, şöbə müdirliyinədək irəli çəkilib. 1974-cü ildə onun müdafiə etdiyi “Müasir Azərbaycan dilində adlıq cümlə” mövzusunda namizədlik dissertasiyasını tanınmış dilçi alimlər, türkoloqlar yüksək qiymətləndiriblər. Nüfuzlu alimlərin Qara Məşədiyevin elmi yaradıcılığı barədə söylədikləri müsbət fikirlər onu arxayınlaşdırmayıb, əksinə daha da ruhlandırıb. Bunu Qara müəllimin dilçilik elminin yeni sahəsinə - onomastikaya nüfuz etməsi də sübut edir. On beş ildən çox bu problemin araşdırılması ilə məşğul olan alimin müxtəlif məcmuələrdə, kitablarda dərc olunmuş sanballı məqalələri elmi ictimaiyyətdə müsbət qarşılanıb, dilimizin inkişafına, ümumiyyətlə, tariximizə dəyərli töhfə kimi qiymətləndirilib. Qara müəllimin həyat və elmi yaradıcılığı barədə çoxlu məqalələr yazılıb.

Professor Qara Məşədiyev 15 il onomastika şöbəsini müvəffəqiyyətlə idarə edib. Otuzdan çox elmlər namizədi, 6 elmlər doktoru yetişdirib, onlarca iddiaçının opponenti olub. Onun 120-dən çox elmi məqaləsi işıq üzü görüb. O, on monoqrafiya və kitabın müəllifi, üç əsərin isə həmmüəllifidir. Alimin onomastikaya dair “Zaqafqaziyanın Azərbaycan toponimləri”, “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili”, “İzahlı onomastik terminlər lüğəti”, “Azərbaycan toponimləri -ensiklopedik lüğət (əsas müəlliflərindən biri)”, “Bakı küçələri: adlar və talelər”, “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kimi sanballı kitab və monoqrafiyaları nəşr olunub.

Qara Məşədiyevin “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ndə (SMOMPK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili” mövzusunda 1991-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası və “Zaqafqaziyanın Azərbaycan toponimləri” monoqrafiyası dilçiliyimizə aid ən mükəmməl və dəyərli əsərlərdəndir. Bu əsərlər tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın tarixini, qanuni haqqını həyasızcasına inkar edən ermənilər və ermənipərəstlər Azərbaycan mənşəli toponimləri, hidronimləri və antroponimləri guya erməni mənşəli olduqlarını qələmə verməyə çalışmışdılar. Hətta Gəncə, Şəki, Zaqatala, Göyçə, Bərdə, Tovuz, Naxçıvan, Araz və s. coğrafi adlarının da “erməni yozumu” göstərilirdi. Professor Qara Məşədiyev bu yozumların elmlə heç bir əlaqəsi olmayan uydurma, cəfəngiyyat olduğunu konkret dəlillərlə sübut edib və həqiqəti ortaya qoyub. Qara müəllimin araşdırmaları Alban, Aran, Bakı, Dərbənd, Şamaxı kimi məşhur yer, şəhər adlarımızın da erməni, fars, yunan yozumları olması xülyalarını ifşa edib. Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə hələ 1990-cı ildə çap olunan “Zaqafqaziyanın Azərbaycan toponimləri” əsəri qiymətli dərs vəsaitinə çevrilib.

Burada mərhum Əjdər Fərzəli Qorqudun fikrini xatırlamaq yerinə düşür: “Azərbaycan onomastikasının ən layiqli nümayəndələrindən biri olan Qara Məşədiyev bu sahədə öz məktəbini yaradıb. Bu məktəb doğma xalqına, onun qədim və zəngin mədəniyyətinə, dilinə, tarixinə, ədəbiyyatına, tarixi coğrafiyasına, mifologiyasına, milli təsdiqinə əvəzsiz xidmət göstərir. Qara Məşədiyevin məktəbindən gənc nəsil bundan sonra da öyrənəcək və faydalanacaq”.

Professor Qara Məşədiyevin pedaqoji sahədə də əməyi böyükdür. O, gənc kadrların yetişdirilməsi ilə daim məşğul olur. Azərbaycan Dövlət Pedaqoji, Lənkəran Dövlət, Avrasiya universitetlərində və başqa ali təhsil ocaqlarında pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən Qara müəllim Azərbaycan Dillər Universitetində, Naxçıvan Dövlət Universitetində dövlət imtahan komissiyasının sədri kimi məsuliyyətli işin öhdəsindən şərəflə gəlib. Onun imzası ilə yüzlərlə gənc mütəxəssis diplom alıb, müstəqil işə başlayıb.

Görkəmli alim bir çox xarici ölkələrdə keçirilən simpozium və konfranslarda, elmi konqreslərdə iştirak edib, respublikamızı layiqincə təmsil edib. Respublikamızda keçirilən elmi konfranslarda həmişə fəallıq göstərib. Qara müəllimin Bakı, Mahaçqala, Daşkənd, Ankara, Tbilisi və başqa şəhərlərdə keçirilən elmi tədbirlərdə etdiyi məruzələr, çıxışlar tanınmış dilçi alimlər tərəfindən həmişə rəğbətlə qarşılanıb.

Professor Qara Məşədiyev 14 il Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dilçilik İnstitutunda namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurasının katibi olub. 2008-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Toponimiya Komissiyasının daimi üzvüdür.

1992-ci ildən professor dərəcəsinə layiq görülən Qara Məşədiyevin qələminin məhsulu olan bütün əsərləri diqqətəlayiqdir və dilçiliyimizin inkişafına xidmət edir. Təsadüfi deyil ki, görkəmli dilşünas, tanınmış türkoloq alim, akademik Ağamusa Axundov Qara müəllimin 1991-ci ildə işıq üzü görən “Müasir Azərbaycan dilində nitq hissələrinin semantikası (oçerklər)” kitabını “İlin ən yaxşı kitabı” kimi dəyərləndirib.

Qara Məşədiyev çox sadə adamdır. Lakin sadəliyi qədər də sərtliyi var. Dedi-qodu, qeybət sevməyən, açıqfikirli, ailəcanlı, dostluğa möhkəm, etibarlı insandır. Ona görə də bu görkəmli dilçi alimi 50 ildən çox müddətdə çalışdığı kollektivdə, doğulduğu məmləkətdə, yaşadığı məkanda sevir, ona böyük hörmət bəsləyirlər. Qara müəllim gözəl ailə başçısı kimi də hörmət-izzət qazanıb. Atalarına “müəllim” deyə müraciət edən oğlanları Fazil və Fariz, qızları Gülnarə və İranə, onların övladları Qara müəllimdən aldıqları tərbiyəyə görə daim ona minnətdar olduqlarını bildirir, hörmətini əziz, uca tutur, gördükləri qayğıya ikiqat cavab verməyə səy göstərir və bu borcu qaytarırlar.

Professor Qara Məşədiyevin çoxşaxəli fəaliyyətinin cüzi hissəsini işıqlandırdığım bu yazımı onun 75 illiyi münasibətilə qəzetlərin birində dərc olunmuş bir məqalədə oxuduğum fikrə uyğun cümlə ilə bitirmək istəyirəm: Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin ömür yelkəni 80-ci sahilə yan alır. Ömrünün arxada qalan illərinə onun alim axtarışları, müəllim narahatlığı, ən başlıcası isə ata sevgisi, baba məhəbbəti hopub. Əmi sevgisini də hiss etdiyim professor Qara Məşədiyevi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, nəticə qisməti arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı 1726-ya düşüb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib