SİYASƏT
ELNUR ASLANOV: BARAK OBAMANIN PREZİDENT SEÇİLMƏSİ AZƏRBAYACANA MÜNASİBƏTDƏ YENİ MÜSBƏT DƏYİŞİKLİKLƏRƏ TƏKAN VERƏCƏKDİR
Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və Birləşmiş Ştatlara kimin rəhbərlik etməsindən asılı olmayaraq bu münasibətlər yüksələn xətlə inkişaf edəcəkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidenti İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir.
ABŞ ilə Azərbaycanın dost ölkələr olduğunu deyən E.Aslanov vurğulamışdır ki, hər iki dövlətin maraqları üst-üstə düşür.
E.Aslanov demişdir: “Azərbaycan ilə ABŞ arasında münasibətlərdə müsbət məqamlar çoxdur. Zənnimcə, B.Obamanın prezident seçilməsi ilə baş verəcək dəyişikliklər yalnız həmin müsbət məqamların artması ilə bağlı olacaqdır”.