ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU DEPOZİTLƏRİN SIĞORTALANMASI ÜZRƏ AVROPA FORUMUNUN ÜZVÜDÜR
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirmişlər ki, qurum Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna (EFDI) üzv qəbul olunmuşdur.
Xatırladaq ki, hazırda Avropanın 39 ölkəsindən Əmanətlərin Sığortalanması üzrə 54 üzvü olan EFDI 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir.