İQTİSADİYYAT
Əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda təlim kurslarına yekun vurulmuşdur
Bakı, 4 iyun (AZƏRTAC). Mayın 31-dən iyunun 3-dək “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balaxanı istehsalat sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən istehsalat və tikinti sahəsində çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim kursları keçirilmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-də təlim kurslarına yekun vurulmuş, bu münasibətlə təşkil olunan tədbirdə 46 nəfərə sertifikat təqdim edilmişdir.
Təlim kursları hər il “Akkord”un sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti tərəfindən təşkil olunur. Məqsəd istehsalat və tikinti sahələrində çalışan mütəxəssislərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı müvafiq qanunvericiliyin izahıdır.