Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Emin Hüseynov: “ADA” Universitetini Azərbaycanın gələcək kadr potensialını formalaşdıran ən mühüm mərkəz kimi görürük VİDEO

Bakı, 3 fevral (AZƏRTAC, K.Əliyeva, A.Həsənova, E.Şahbalayev). Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yaradılmışdır. Bu ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin marağını cəlb edir. Universitetin strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynov AZƏRTAC-a müsahibəsində bu və digər məsələlər barədə ətraflı məlumat vermişdir.

- Universitetin yaradılması hansı zərurətdən irəli gəlmişdir?

- Azərbaycan Diplomatik Akademiyasının yaradılması xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin genişləndiyi bir dövrdə bu təmsilçiliklər üçün peşəkar, yüksək ixtisasa malik gənc diplomatların hazırlanması zərurətindən irəli gəlmişdir. ADA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə böyük işlər görüldü. Qısa vaxtda məlum oldu ki, Diplomatik Akademiya Azərbaycanın və regionun iqtisadiyyatında, hətta qlobal iqtisadiyyatda, ölkənin təhsil sisteminin inkişafında daha önəmli rol oynaya bilər. ADA bu missiyanı öz üzərinə götürdü, həmin istiqamətdə böyük işlər gördü.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Azərbaycanda “İnformasiya Texnologiyaları İli” elan olunmuşdur. Bu il isə “Sənaye İli” elan edilmişdir. Azərbaycanın növbəti inkişaf mərhələsində, yəni son on ildə əldə etdiyi uğurlar nəticəsində artıq orta gəlirli bir ölkəyə çevrilməsi kontekstində növbəti on ildə, xüsusilə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəfləri nəzərə alaraq, qeyri-neft sektorunun şaxələnməsi, sənayeləşmə siyasətinin reallaşdırılması və digər bu kimi məqsədlər ölkədə mühəndis-informasiya texnologiyaları sahəsində ixtisaslaşan yüksək səviyyəli kadr potensialının əhəmiyyətli dərəcədə artırılmasını zəruri edir. Hazırda bu sahədə kadr çatışmazlığı vardır. ADA məhz bu missiyanı öz üzərinə götürmüş, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbini yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış İnformasiya Texnologiyaları Universitetinin tələbələrinin ADA-nın tətbiq etdiyi modelə uyğun təhsil sisteminə cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi, ADA artıq bir akademiya kimi deyil, universitet kimi faktiki fəaliyyətini həyata keçirirdi. Bütün bunlar universitetin formalaşması zərurətini ortaya çıxardı. Bu fəaliyyəti daha səmərəli, məqsədyönlü şəkildə, daha geniş miqyasda həyata keçirmək üçün ADA-nın universitet statusu alması olduqca vacib idi. Bu yüksək etimada, olduqca mürəkkəb, lakin şərəfli missiyanın bizə tapşırılmasına görə Azərbaycan Respublikasının Prezidentinə dərin təşəkkürümüzü bildiririk.

- Yeni status bu ali məktəb üçün hansı imkanları yaradır, nə kimi yeniliklər, dəyişikliklər gözlənilir?

- Biz “ADA” Universitetini Azərbaycanın gələcək kadr potensialını formalaşdıran ən mühüm mərkəz kimi görürük. ADA Azərbaycanda bu miqyasda, bu cür təhsil modeli tətbiq edən, belə öyrətmə və öyrənmə mühitinə malik olan yeganə ali təhsil ocağıdır. Ambisiyalarımız bununla bitmir. Azərbaycanda dünya səviyyəli bir ali təhsil ocağının formalaşdırılması arzusundayıq. Azərbaycan vətəndaşının haqqı çatır ki, yüksək səviyyəli təhsil almaq üçün xarici ölkələrə getməsin. O, bu təhsili Azərbaycanda da ala bilər.

Yeni status bu ali təhsil ocağı üçün böyük imkanlar yaradır. Birincisi, dərəcə proqramlarının sayı arta bilər. İkincisi, artıq diplomatiya, beynəlxalq əlaqələr ixtisaslarından şaxələnərək bu gün qeyri-neft sektoru üçün çox vacib olan digər sahələrə keçə bilərik. Buraya mühəndislik, informasiya texnologiyaları, kompyuter elmləri, təhsil sahəsi, təhsilin idarə edilməsi daxildir. Bu gün Azərbaycanda təhsil sahəsində çox önəmli islahatların həyata keçirilməsi bizi çox sevindirir və bu işdə əlimizdən gələni edəcəyik.

Olduqca çətin məsələlərdən biri təhsil sahəsində idarəetmə kadrlarının formalaşdırılmasıdır. Ona görə də bu sahədə kadr hazırlığına çox ciddi diqqət yetirəcəyik. Digər məsələlər, xüsusilə regionşünaslıq, regionla bağlı dillərin tədrisi, iqtisadi-siyasi proseslərin öyrənilməsi bizə ilk növbədə bir universitet kimi tədqiqat potensialımızı inkişaf etdirməyə imkan verəcəkdir. Biz təkcə mövcud olan yaxşı biliyi aşılamaqla kifayətlənməyəcəyik. Bu, eyni zamanda, yeni biliyin formalaşdırılmasına, Azərbaycanda elmi araşdırmaların inkişafına şərait yaradacaqdır. Bu və ya digər imkanlar, zənnimcə, yaxın beş ildə Azərbaycanda real nəticələrini verəcəkdir.

- “ADA” Universitetində hansı yeni ixtisasların açılması və proqramların tətbiqi gözlənilir? Konkret olaraq informasiya texnologiyaları istiqaməti ilə bağlı hansı layihələr planlaşdırılır?

- Sözsüz ki, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbinin yaradılmasının özü çox böyük bir layihədir. Bu məktəbin, onun professor-müəllim heyətinin, maliyyə fəaliyyətinin formalaşdırılması, dayanıqlılığının, infrastruktur ehtiyaclarının təmin edilməsi kifayət qədər mühüm və geniş bir layihədir. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək istəyirik. Hazırda dünyanın bir çox ölkələrində belə profilli universitetlər, ali təhsil ocaqları vardır. Asiya ölkələrində uğur qazanmış ali təhsil ocaqları ilə əməkdaşlıq etməyi daha çox istərdik. Qeyd edim ki, bu yaxınlarda Koreya Respublikasının çox məşhur ali təhsil müəssisəsi olan Dəqiq Elmlər və Texnologiya İnstitutunun (KAIST) nümayəndələri Azərbaycanda səfərdə olmuş, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində görüşlər keçirmişlər. Koreyalı qonaqlar, eyni zamanda, bizim ali təhsil ocağı ilə də yaxından tanış olmuşlar. Sözsüz ki, bu, çox maraqlı və bizə fayda verə biləcək bir imkandır. Bu cür nüfuzlu institutlarla əməkdaşlığımızı davam etdirəcək, dünya təcrübəsindən faydalanacağıq.

Digər tərəfdən, təhsilin idarə olunması institutunun formalaşması haqqında fikirləşirik. Təhsil bu gün Azərbaycanda olduqca vacib sahədir. Yüksək ixtisaslı kadrlar yetişdirmək üçün yaxşı müəllimlər olmalı, onlara əlverişli mühit yaradılmalıdır. Bu mənada təhsil sahəsinin özəlliklərinə bələd olan xüsusi menecerlərin yetişdirilməsi lazımdır. Həm məktəblərdə, həm universitetlərdə, həm də siyasət quruculuğu səviyyəsində yaxşı menecerlər formalaşmalıdır. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Ümid edirəm ki, yaxın beş ildə bu iki istiqamət inkişaf etdirilərsə, çox uğurlu nəticələrə nail olacağıq. Bununla yanaşı, bizim ənənəvi istiqamətlərimiz də öz qüvvəsində qalır, yəni həm beynəlxalq əlaqələr, həm Biznes İnstitutu üzrə fəaliyyətimizi davam etdirəcəyik.

- Yeni tədris ilində qəbul planında artım olacaqmı? “ADA” xarici tələbələrdə də maraq doğuran ali təhsil ocağıdır. Əcnəbilər üçün qəbul planında nə kimi dəyişikliklər nəzərdə tutulur?

- Qəbul planında, sözsüz ki, dəyişikliklər olacaqdır. Son iki ildə bu sahədə dinamik ekspansiya gedir, yəni ötən il qəbul planımız iki dəfə artmışdır. Bu il qəbul planının daha da artacağı gözlənilir. Çünki qeyd etdiyim sahələrdə yeni ixtisaslar açılmışdır və ya açılması planlaşdırılır. Hazırda 700 tələbəmiz vardır. Gələn il daha 650-700 tələbənin qəbulunu planlaşdırırıq.

Əslində, məqsəd böyük bir universitetə çevrilmək deyil, yəni strateji olaraq, qarşıya belə bir hədəf qoyulmamışdır. Burada söhbət kəmiyyətdən getmir, daha çox keyfiyyətə diqqət yetirmək istəyirik. Biz Azərbaycanda kiçik bir məktəb olub, amma daha çox keyfiyyəti təmin edə, yüksək ixtisaslı mütəxəssislər hazırlaya bilən bir məktəbə çevrilmək istəyirik. Hesab edirəm ki, bunun üçün kifayət qədər imkanlar vardır.

Əcnəbi tələbələrə gəldikdə isə, yarandığı gündən etibarən “ADA” məhz beynəlxalq təbiətli, müxtəlifliyi dəyərləndirən bir təhsil ocağı olmuşdur. Bu gün “ADA” artıq beynəlxalq səviyyədə tanınır. Əlbəttə, bu məsələdə Xarici İşlər Nazirliyinin və xarici ölkələrdəki səfirliklərimizin çox böyük xidməti vardır. ADA-da təhsil almaq istəyən əcnəbilərin sayı çoxdur. Hazırda burada 27 ölkədən 42 tələbə oxuyur. Onlar müxtəlif ölkələri, müxtəlif qitələri təmsil edirlər. Bu, “ADA”da çox gözəl mühit yaradır. Azərbaycanlı tələbələr özlərini dünyanın, qlobal ekosistemin vətəndaşı kimi hiss edirlər. Əlbəttə, belə mühitdə təhsil alan, yetişən bir insan qlobal səviyyəli liderə çevrilə və ölkəsini dünyada təmsil edə bilər. Bu olduqca vacib bir məqamdır və bunu həmişə diqqətimizdə saxlamağa çalışırıq. Əcnəbilərin qəbul planında payı artır və ümumi tələbə bazası böyüdükcə bunun davam edəcəyini düşünürəm. Bu isə son nəticədə Azərbaycanın imicinin yüksəlməsinə, onun daha çox ölkələrdə tanınmasına və Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasına müsbət təsir göstərəcəkdir.

- Bu yaxınlarda “ADA” Universiteti ilə “Azərenerji” ASC arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Belə əməkdaşlıq daha hansı qurumlarla nəzərdə tutulur?

- “ADA”nı digər universitetlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz onun biznes ictimaiyyəti ilə yaxından əməkdaşlıq etməsidir. Bu gün bizim fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, biznes ictimaiyyətinin həmin sahə ilə əlaqəsi olmasın. Bu, əsasən, üç istiqamətdə baş verir. Birincisi, “ADA” Universitetinin nəzdində Karyera Məşğulluq Mərkəzi vardır. “ADA”ya daxil olan tələbə ilk gündən sonuncu günə qədər dərslərindən əlavə çox intensiv peşəkar hazırlıq təlimləri keçir ki, əmək bazarında tələb olunan vərdişlər ona aşılansın və nəticədə ona ali məktəbi bitirənədək ən azı üç iş yeri təklif edilsin. Universiteti bitirdikdən sonra məzunların 95 faizindən çoxu işlə tam təmin olunmalıdır. Biz qarşımıza belə bir hədəf qoymuşuq. Karyera Məşğulluq Mərkəzi məhz bu işlərlə məşğul olur, fəaliyyətini bu istiqamətdə qurur. Mərkəz işəgötürənlərlə çox sıx təmasda işləyir və bu əməkdaşlıqdan bəhrələnir.

İkinci istiqamət əlavə təhsildir. Bu gün “ADA” Universitetində əlavə təhsil bölməsi fəaliyyət göstərir. Bu bölmə ixtisasartırma kursları kimi də tanınır. Onun əsas məramı biznes ictimaiyyətinin ehtiyaclarına uyğun qısamüddətli ixtisasartırma kurslarının təşkil edilməsidir. Bu kurslar təkcə biznes ictimaiyyəti üçün deyil, dövlət strukturları üçün də keçirilir. Əslində, bu qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Mərkəzi Bank, bp və digər böyük şirkətlər üçün genişmiqyaslı təlimlər keçirir, onların kadr hazırlığı işinə təkan verir, eyni zamanda, Xarici İşlər Nazirliyinin diplomatları üçün təlimlər təşkil edir. Sözsüz ki, bu da bizim biznes ictimaiyyəti ilə sıx təmasda fəaliyyətimizi şərtləndirir.

Nəhayət, “ADA”nın inkişaf fondu vardır. Bu fondun məqsədi odur ki, Azərbaycan ictimaiyyəti bu universiteti dəstəkləsin, onun inkişafına kömək etsin. Bu fəaliyyət birtərəfli deyildir. Bunun müqabilində müəyyən xidmətlər - istər təlim kursları təşkil edilə, istərsə də müəyyən intellektual xidmətlər göstərilə bilər. Amma nəticə etibarı ilə cəmiyyət yaxşı təhsil verən universiteti inkişaf fondu vasitəsi ilə dəstəkləyir. Bu, bizə imkan verəcəkdir ki, orta müddətli perspektivdə artıq universitetin dayanıqlığını təmin edək. Əslində bu, yeni bir ideya deyildir. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyev qızlar gimnaziyasını açanda müəyyən miqdarda vəsaiti investisiya kimi banka yatırmış və yalnız onun gəlirindən məktəbin gündəlik əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdə tutmuşdu. Həmin konsepsiyanı biz “ADA”da həyata keçirmək istəyirik və artıq buna başlamışıq. İctimaiyyətin dəstəyi ilə universitetdə inkişaf fondunu formalaşdırırıq. Hesab edirik ki, bu daha düzgün, maliyyə baxımından daha səmərəli bir yoldur. Yaxşı təhsil təkcə dövlətin yox, ümumilikdə cəmiyyətin, ictimaiyyətin marağında olan məsələdir, ona görə də bu hamının ümumi işinə çevrilməlidir.

Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, biznes ictimaiyyətinin ehtiyacları bizim tədris proqramında əksini tapır. Onlar bizim tədris proqramına dair rəylər verə bilərlər. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlığa gəldikdə isə bu qurum Azərbaycanın energetika sahəsində olduqca mühüm iştirakçıdır, vacib təsərrüfat subyektidir. Onlar Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbinin formalaşmasında bizi hərtərəfli dəstəkləyirlər. Bu cür digər əməkdaşlıqlarımız da vardır. Xüsusi təqaüd fondlarımız vardır ki, bu fondların təsis olunmasında tərəfdaşlarımız bizimlə birgə iştirak edirlər. Məsələn, “Bank of Baku”nun təqaüd fondu vardır. ARDNŞ ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bütün bunlarda məqsəd universiteti biznes ictimaiyyəti ilə yaxınlaşdırmaqdır. Əminəm ki, bu işlərin nəticəsində “ADA” Universitetinin məzunları əmək bazarının tələblərinə tam cavab verəcək və işəgötürənlər onların keyfiyyətindən razı qalacaqlar.

- “ADA” Universiteti beynəlxalq təlim proqramlarında fəal iştirak edir. Bu il hansı ölkələrin mütəxəssisləri üçün təlimlərin keçirilməsi gözlənilir?

- Ənənəvi olaraq “ADA” region ölkələrinin diplomatları üçün də təlimlər keçir. Azərbaycanda bu istiqamətdə əsas təlimlər Xəzər hövzəsi ilə maraqlanan diplomatlar, dövlət qulluqçuları, tədqiqatçılar, bu sahədə araşdırmalar aparan mütəxəssislər üçün təşkil edilir. Aydındır ki, Xəzər hövzəsi ilə bağlı Azərbaycandan başqa heç bir yerdə daha geniş məlumat əldə etmək mümkün deyildir. Ona görə də biz həmin təlimləri bu il də davam etdirəcəyik. Eyni zamanda, fəaliyyətlərini xaricdəki səfirliklərimizdə davam etdirəcək Azərbaycan diplomatları üçün təlimlər keçirəcəyik. Ümid edirəm ki, son üç ildə XİN-in xətti ilə Əfqanıstanın dövlət qulluqçuları üçün təşkil etdiyimiz xüsusi təlimlər bu il də davam etdiriləcəkdir. Hazırda bu istiqamətdə danışıqlar gedir. Bütün bunlardan əlavə olaraq, dərəcə proqramlarımız çərçivəsində xüsusi təlim proqramlarını işləyirik.

Emin Hüseynov: “ADA” Universitetini Azərbaycanın gələcək kadr potensialını formalaşdıran ən mühüm mərkəz kimi görürük VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır