Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsində ötən 9 ayda görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində ötən 9 ayda görülmüş işlərə dair müşavirə keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən komitənin sədri Kərəm Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən islahatların tərkib hissəsi olan dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb edib və bu prosesdə yeni mərhələyə qədəm qoyulub.

Bildirilib ki, dövlət başçısının 2016-cı il 19 iyul tarixli müvafiq Fərmanında özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi kimi məsələlər əksini tapıb. Dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərini şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi kimi əsas məqsədlər göstərilib.

Həmçinin qeyd olunub ki, ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamına əsasən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi prosesində məsləhətçi şirkətin seçilməsi üzrə açıq tender keçirilib. Hazırda səhmdar cəmiyyətin qiymətləndirilməsi işləri aparılır.

Ötən 9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Xarici və beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd - yerli və xarici investorların geniş cəlb olunması, əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi, məsləhətçi və qiymətləndirici xidmətlərindən geniş istifadə edilməsi olub.

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması komitə tərəfindən cari ilin iyul ayında “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib. Qısa müddətdir ki fəaliyyət göstərən portaldan istifadə edənlərin sayı artıq 150 mini ötüb. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə və keçirilən açıq hərraclara olan marağın əyani göstəricisidir.

Komitə tərəfindən sentyabrın 14-dən etibarən geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərraclara start verilib. Hərraclar hazırda daha rahat, şəffaf və açıq şəraitdə keçirilir. İstənilən yerli və ya xarici investorlar və potensial alıcılar hərraclarda məhdudiyyətsiz iştirak edə bilir. Hərrac iştirakçıları, eləcə də mətbuat və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani şəkildə izləyə bilir. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında keçirilən hərracları canlı izləmək imkanı yaradılıb.

Artıq 4 belə hərrac keçirilib və bu hərraclarda 111 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Komitə sədri çıxışında qeyd edib ki, ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb. Qeyd edilib ki, müvafiq Sərəncamla 2016-cı il 13 iyul tarixdə təsdiq olunmuş daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən işlər görülməkdədir. Proqrama əsasən 2020-ci ilədək daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq.

Bildirilib ki, ölkə başçısı tərəfindən torpaq fondunun dəqiq uçotunun aparılması, torpaqlardan səmərəli istifadə olunması, torpaqların zəbt olunması hallarına yol verilməməsi, istifadəsiz torpaqların iqtisadi dövriyyəyə qaytarılması kimi tapşırıqlar verilib. Torpaq münasibətlərinin tənzimlənməsi barədə müvafiq Fərmana əsasən, Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi həyata keçirilir. Dəqiq torpaq uçotu torpağın kəmiyyət, keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla ondan qənaətli və səmərəli istifadəyə imkan yaradacaq. 2016-cı ildə bu işlərin respublikanın 12 rayonunda başa çatdırılması nəzərdə tutulur. 2020-ci ilədək ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istifadəyə verilib.

Respublikada iri təsərrüfatların (taxılçılıq, toxumçuluq və heyvandarlıq) yaradılması məqsədilə komitə tərəfindən 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 148,8 min hektar torpaq sahələri seçilərək xəritələşdirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinq və reydlərin keçirilməsi işləri hesabat dövründə də davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən, cəza və inzibati tədbirlərin görülməsi təmin edilib. Respublika üzrə dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlarda torpaq icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb. Görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə geri qaytarılıb.

Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir. 2016-cı ilin müvafiq dövründə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ümumilikdə, indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalanıb. Bu ildən respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyata aid olub.

Ötən dövrdə Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi davam etdirilib.

Müşavirədə dövlət başçısı tərəfindən 2016-cı il 13 iyul tarixində imzalanmış Fərmana əsasən, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində dövlət əmlakının təyinatı üzrə səmərəli istifadəsi, təyinat dəyişdirilməsinə nəzarət məsələləri qeyd olunub. Bildirilib ki, belə müəssisələrdə monitorinq və araşdırmalar aparılır, nəticələr barədə aidiyyəti üzrə məlumatlar verilir.

Qeyd olunub ki, cari ilin yanvar və fevral aylarında Hacıqabul və Cəlilabadda rayon ictimaiyyəti və sahibkarlarla görüşlər keçirilib. Komitə sədri tərəfindən il ərzində regionlarda keçirilmiş 9 vətəndaş qəbulunda 300-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

ƏMDK ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Müşavirədə komitənin aidiyyəti qurumlarının rəhbərlərinin ötən dövrdə görülmüş işlərlə bağlı məruzələri dinlənilib.

Müşavirənin sonunda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, keçirilən hərraclarda vətəndaş məmnunluğunun maksimum təmin olunması barədə tapşırıqlar verilib. Bildirilib ki, hərracların daha şəffaf və rahat şəkildə keçirilməsi, daha geniş investor və potensial alıcı kütləsinin bu hərraclara cəlb edilməsi təmin edilməlidir. Torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunmuş Dövlət Proqramından irəli gələn məsələlər istiqamətində işlər sürətləndirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması işi daha operativ qaydada davam etdirilməli, torpaq qanunvericiliyinin tələblərinin qorunmasına nəzarət tam təmin edilməlidir. Torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət ilə bağlı monitorinqlər, reydlər, təhlillər və inzibati tədbirlər daha effektiv şəkildə həyata keçirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI