İQTİSADİYYAT
Əmtəəlik qızılın növbəti partiyası qəbul edilmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası hökumətinin mənfəət payı olan - 3998,2 troy unsiya (124,4 kiloqram) miqdarında qızıl külçələr noyabrın 30-da Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Mərkəzi Bankda yerləşdirilmişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş, Azərbaycan Respublikası hökumətinin mənfəət payı olan -12514,7 troy unsiya (389,2 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilmişdir.
Ümumilikdə, bu günədək Mərkəzi Bankda saxlancda olan, Azərbaycan Respublikası hökumətinə məxsus qızılın miqdarı 16512,9 troy unsiyaya (513,6 kiloqrama) çatdırılmışdır. Onun hazırkı bazar dəyəri 28,4 milyon ABŞ dolları təşkil edir.