DÜNYA
Enerji böhranı Avropa ölkələrində orta və kiçik biznesə təsir edir
Budapeşt, 13 oktyabr, AZƏRTAC
Ukraynada hərbi əməliyyatların başlanmasından sonra baş verən enerji böhranı istehsalat prosesində qaz və elektrik enerjisindən istifadə edən Avropa İttifaqı ölkələrinin bütün emal sənayesinə güclü təsir edib. Bir çox kiçik və orta müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Onlara hətta qaz və elektrik enerjisinə olan ən son qiymətlər belə yardım etməyib, çünki hər bir şirkət enerjidən fərqli həcmdə istifadə edir. Bir çox sahibkar yuxarı qiymət plankasının həddindən artıq gec tətbiqi səbəbindən qəzəblənir. İri müəssisələr üçün müvəqqəti anti-böhran dəstəkləmə sistemi şirkətlərin əksəriyyəti üçün tətbiq edilə bilməz, çünki o, əsasən şirkətlərin əksəriyyətinin aid olmadığı çox enerji işlədən sahələrə istiqamətlənib. Bəs orta və kiçik biznes necə olsun?!
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının bir sıra ölkələrində qida sənayesi xüsusilə ağır zərbə alır. Mütəxəssislərin fikrincə, iri şirkətlər üçün elektrik enerjisinin artan xərclərinin kompensasiyası bu vəziyyətdə tamamilə qeyri-adekvatdır. Ona görə hökumət enerji böhranının həlli üçün digər tədbirlər görməlidir. Yaranan vəziyyət onların məhsulunun qiymətinə də təsir edir. Hər hansı bir yolla biznesi qorumaq üçün qiymətləri qaldırmaq məcburiyyətində qalırıq. Bu isə bazarda rəqabət qabiliyyətinin azalmasına gətirir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt