İQTİSADİYYAT
Enerji Təchizat İdarəsi üzrə ödəniş artmışdır
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə artım 5 faizdən çox olmuşdur. Daimi əhali istehlakçı qrupu üzrə istehlak təqribən 185,6 milyon kilovat-saat təşkil etmişdir. Bu, ötən ilin eyni dövründəki istehlakdan 10,2 milyon kilovat-saat azdır. Ödəniş ötən ilin aprel ayı ilə müqayisədə 2 faiz artaraq 85 faizdən çox olmuşdur.
İlin ötən 4 ayında müəssisə üzrə ümumilikdə 2 milyard 333,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş təxminən 79 faiz təşkil etmişdir. Daimi əhali istehlakçı qrupunda istehlak 860,6 milyon kilovat-saatdan artıq olmuşdur. Bu, 2010-cu ilin eyni dövründəki istehlakdan 45 min kilovat-saat azdır. Ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 82 faizə yaxın olmuşdur.