DÜNYA
Eqdar Renkeviç: Riqa sammiti Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” islahatlarının başlanğıcı olmalıdır
Riqa, 22 mart (AZƏRTAC). Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin Brüssel forumu çərçivəsində genişlənmə və mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə görüşündə Latviyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyə hazırlığı və bununla əlaqədar planlaşdırılmış tədbirlər, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq prosesi barədə məlumat verilmişdir.
Nazir “Şərq Tərəfdaşlığı” sammitinədək kütləvi informasiya vasitələrinin azadlığına həsr olunmuş konfrans keçirilməsi ideyasına xüsusi diqqət yetirmişdir. Qərbi Balkan regionu ölkələri və Türkiyə üçün analoji konfrans böyük müvəffəqiyyətlə keçmişdir.
E.Rinkeviç və Ş.Füle regionun hər bir ölkəsinin nailiyyətlərini nəzərə alaraq ona fərdi yanaşmanın vacib olduğunu vurğulamışlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa