DÜNYA
Erjan Mayamerov Qazaxıstanın Ali müftisi seçilmişdir
Astana, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin növbədənkənar iclası keçirilmişdir.
İclasda təşkilati məsələlərə baxılmış, Erjan Mayamerovun yekdilliklə Qazaxıstanın Ali müftisi seçilmişdir.
Həzrət Erjan Mayamerov 1972-ci ildə anadan olmuşdur. Misirin “Al-Azxar” İslam Universitetini bitirdikdən sonra din sahəsində müxtəlif yerlərdə çalışmış, Semey vilayətinin imamı olmuşdur.
Qurultaydan sonra dövlət başçısı Nursultan Nazarbayev Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələrini qəbul etmişdir.
Nursultan Nazarbayev Erjan Mayamerovu Qazaxıstanın müftisi seçilməsi münasibəti ilə təbrik etmiş, ona uğurlar arzulamış, bütün işlərdə ona dəstək olduğunu vurğulamışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana