Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ERMƏNİ DİPLOMATİYASININ ÜÇ ARZUSU

Berlin, 16 fevral (AZƏRTAC). Ermənistan XİN-in mətbuatla əlaqələr departamentinin başçısı Tiqran Balayan ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzənin bəyanatı ilə əlaqədar narahatlığını ifadə edərək bildirmişdir ki, Madrid təklifləri 3 başlıca prinsipə əsaslanır: Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmaması, millətin öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipi. T.Balayan demişdir: “Ermənistan tərəfi dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas məsələsi Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək və müstəqillik hüququnun tanınmasıdır”. Bir neçə gün əvvəl Tiqran Balayan Ermənistan XİN-in fikrincə, münaqişənin həllinin əsaslanmalı olduğu tamamilə başqa 3 prinsipi irəli sürmüşdü: “Dağlıq Qarabağ Azərbaycanın tabeliyində ola bilməz; Dağlıq Qarabağ ilə Ermənistan arasında müntəzəm və Ermənistanın yurisdiksiyası altında olan quru əlaqəsi yaradılmalıdır; Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi təmin edilməlidir”.

Ermənistanın rəsmi şəxslərinə bir daha xatırlatmaq istərdik ki, dünya etnoqrafiya elminə öz müqəddəratını təyin etmək hüququnu tələb edəcək “Dağlıq Qarabağ xalqı” və ayrıca etnik vahidi məlum deyildir. Əgər “Dağlıq Qarabağ milləti” öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilərsə, onda məntiqə görə “bavariya”, “burqundiya”, “kuban”, “kaliforniya” millətlərinin də belə hüququ olmalıdır. Dağlıq Qarabağ millət deyil, ərazidir və onun əhalisi iki etnosdan - ermənilərdən və azərbaycanlılardan ibarətdir.

“Dağlıq Qarabağ” termininin özü ilk dəfə 1921-ci ilin iyulunda bolşeviklər tərəfindən məhz ərazini göstərmək üçün işlədilmişdir, inzibati-ərazi vahidi kimi o, ilk dəfə xəritədə Azərbaycan SSR-in DQMV yaradılması ilə əlaqədar göstərilmişdir. Ötən əsrin 20-ci illərinə qədər heç bir ensiklopediyada, tarixi mənbədə “Dağlıq Qarabağ” termininə rast gəlmək mümkün deyildir. Buna görə də “Dağlıq Qarabağın hələ qədim zamanlardan Ermənistanın tarixi vilayəti olması” barədə iddiaların özü artıq gülüncdür, çünki elə həmin qədim zamanlardan indiyədək Dağlıq Qarabağ Ermənistanın deyil, ilk növbədə, ümumi Qarabağın ayrılmaz hissəsidir! Ta qədimdən burada Qafqaz albanları, Azərbaycan türkləri yaşamışlar, 1828-ci ildən isə İrəvan, Naxçıvan və yuxarı Qarabağa İrandan etnik ermənilər köçüb gəlməyə başlamışlar. Yuxarı Qarabağın etnik tərkibinin ikiləşməsi də məhz həmin vaxtdan başlamışdır və nəticədə müəyyən mərhələdə Azərbaycanın keçmiş Qarabağ xanlığının bu hissəsində ermənilər sayca azərbaycanlıları üstələmişdir. Bunun səbəbi əvvəlcə çar, sonra isə sovet hökumətinin dəstəyi ilə bir əsr yarım ərzində etnik ermənilərin regiona immiqrasiyası və yerli Azərbaycan əhalisinin oradan yavaş-yavaş sıxışdırılması idi. Bu cür miqrasiya prosesləri və demoqrafik dəyişikliklər Azərbaycanın keçmiş İrəvan xanlığında (1949-53-cü illərdə Stalin “repatriasiyaları” və 1980-ci illərin Qorbaçov “yenidənqurması” sayəsində uğurlu), habelə Naxçıvanda və Azərbaycanın Xəzəryanı zolağında (Andranikin, Njdenin, Şaumyanın, Amazaspın, Əmiryanın, Lalayanın səylərinə baxmayaraq, uğursuz) baş verirdi. Dağlıq Qarabağ isə əhalisinin ikiicmalı xarakteri qorunub saxlanan yeganə yer olaraq qaldı və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasının labüdlüyü məsələsi bu gün sülh danışıqlarının gündəliyində durur. Odur ki, heç bir “Dağlıq Qarabağ xalqı” yoxdur, olmayıb və olmayacaq (o ki ola yalnız ermənidilli), əhalisi iki etnik icmadan ibarət bölgə var və bu əhalinin vahid çoxmillətli (Ermənistandan fərqli olaraq) Azərbaycan dövlətinin tərkibində bir yerdə yaşamaqdan başqa yolu yoxdur.

Öz müqəddəratını təyinetmədən danışarkən, Ermənistan XİN-ə bir daha xatırlatmaq lazımdır ki, bu prinsipin banisi ABŞ Prezidenti Vudro Vilson öz nəzəriyyəsi üzərində işləyərkən lap yəqin “Dağlıq Qarabağ xalqını” nəzərdə tutmamışdır. Siyasətçi bu termini indi dünyanın bir çox ölkələrində yaşayan milli azlıqlara deyil, Birinci Dünya müharibəsi illərində böyük imperiyaların müstəmləkəsi olan bütöv millətlərə şamil etmişdir. Azərbaycanın işğal altında olan torpaqları azad ediləndən və məcburi köçkünlər öz yurd-yuvasına qayıdandan sonra Azərbaycan hökuməti güzəştə gedərək, Dağlıq Qarabağın tarixən ikiicmalı əhalisinə 1975-ci il Helsinki Yekun aktına uyğun olaraq daxili müqəddəratını təyinetmə hüququ verəcək. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Mətyu Brayzə Ermənistan XİN-in əməkdaşlarının narazılığına səbəb olan bəyanatını səsləndirəndə, söz yox ki, məhz bunu nəzərdə tuturdu.

Tiqran Balayanın ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar irəli sürdüyü üç prinsiplə bağlı əvvəlki bəyanatına gəldikdə isə erməni rəhbərliyinin bu arzularını da müzakirə etmək olar.

“Dağlıq Qarabağ Azərbaycanın tabeliyində ola bilməz” prinsipi ilə əlaqədar birinci arzuya gəldikdə, Ermənistan XİN-in rəsmi nümayəndəsinə xatırlatmaq istərdik ki, bu yaxınlaradək Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına deyil, “öz müqəddəratını təyin etməsinə” nail olmaq istəyirdi. Bəlkə Azərbaycanın Helsinki Yekun aktının VIII maddəsinə əsasən, diyarın ikiicmalı əhalisinə öz daxili müqəddəratını təyinetmə hüququ verməyə razı olması Yerevanın birinci arzusunun formaca kəskin surətdə dəyişməsinə səbəb olmuşdur? Əgər indi erməni diplomatiyası “miatsum” məqsədinə çatmaq üçün “müqəddəratını təyinetmə” termininin gərəksizliyini anlayıb, Azərbaycan ərazisinin bir hissəsini dövlətimizin tərkibindən çıxarmağı açıq tələb edirsə, onda Bakıda məsələnin başqa cür qoyuluşunu müzakirə etməyə yəqin ki, hazır olacaqlar. Ancaq əvvəlcə Ermənistan XİN-ın əməkdaşına belə bir sualla müraciət edəcəklər ki, “əgər bir ölkənin diplomatları öz ölkəsində otura-otura qəhvə süfrəsi arxasında çox asanlıqla digər dövlətin ərazisinin bir hissəsinin taleyini həll edir, onun xəritəsini istədikləri kimi yenidən çəkirlərsə, onda bu əməkdaşlar azərbaycanlı həmkarlarının, məsələn, Zəngəzurun, Şərqi Göyçənin, Vedibasarın və Amasyanın yalnız bu yaxınlaradək həmin ərazilərdə azərbaycanlıların yaşadığını əsas götürərək Ermənistan Respublikasının tərkibindən çıxarılması arzusuna necə baxırlar? Əgər Ermənistan XİN-i ərazisinin bir hissəsinin Ermənistan dövlətinin tərkibindən çıxarılması və orada azərbaycanlı qaçqınlar üçün müstəqil dövlət yaradılması məsələsini müzakirə etməyə hazırdırlarsa, onda erməni diplomatlarının birinci arzusunu nəzərdən keçirmək olar.

İkinci arzuya, məhz Ermənistan ilə Dağlıq Qarabağ arasında müntəzəm və Yerevanın yurisdiksiyası altında olan quru yolunun yaradılması zəruriyyətinə gəldikdə isə yenə də ermənistanlı həmkarları tarazlaşdırılmış yanaşmanı dəstəkləmək məqsədi ilə (ATƏT-in Minsk qrupunun həmsədrləri buna çağırırlar) Naxçıvan ilə Azərbaycanın qalan hissəsi arasında eynilə müntəzəm və Bakının yurisdiksiyası altında olan quru yolunun yaradılması məsələsini müzakirə edərlərsə, Azərbaycan XİN-i də ikinci arzunu müzakirə etməyə hazırdır. Yerevanda buna hazırdırlarmı?

Nəhayət, Ermənistan XİN-in Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə beynəlxalq təminat verilməsi arzusu ilə bağlı Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, artıq bütün dünya həmin o Dağlıq Qarabağın Azərbaycan icmasına, ümumiyyətlə, Ermənistan azərbaycanlılarına “səmimi qayğının” və onların “təhlükəsizliyinin təmin edilməsinin” şahidi olmuşdur. Münaqişənin ermənilərin dünyaya təqdim etməyə çalışdığı kimi, etnoslararası deyil, dövlətlərarası xarakter daşıdığını, Moskva Bəyannaməsində qeyd olunduğu kimi, münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu nəzərə alsaq, deməli, beynəlxalq təminat Ermənistan-Azərbaycan sərhədi boyunca bütün ərazilərə aid olmalıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib