Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni kilsəsi Cənubi Qafqaz üçün sülhə töhfə verməyə niyə tələsmir?!

Erməni kilsəsi Cənubi Qafqaz üçün sülhə töhfə verməyə niyə tələsmir?!

Bakı, 22 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğala və uzun müddətli anneksiya siyasətinə keçən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Cənubi Qafqazda Azərbaycanın siyasi üstünlüyü ilə yeni geosiyasi vəziyyət formalaşdı. Müharibədən sonra məlum oldu ki, Ermənistan son 30 ilə yaxın bir dövrdə Azərbaycan torpaqlarını təkcə işğal etməyib, həm də bu ərazilərdə urbisid, kultursid və ekosid kimi fiziki məhvetmənin ən ağır formalarını planlı şəkildə həyata keçirib. Belə ki, Qarabağda Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irs nümunələri, infrastruktur, mülki əmlak, habelə ekosistem məhv edilib. Müharibədən sonra beynəlxalq ictimaiyyətin Qarabağda gördüyü bu dəhşətli mənzərə gözlənilməz olduğu kimi, bu ərazilərdə Azərbaycan tərəfindən icrasına başlanılan genişmiqyaslı bərpa və tikinti layihələri də bir o qədər gözlənilməz oldu və böyük heyrət doğurdu. Mürəkkəb relyef və sərt iqlim şəraitinə malik bir bölgədə, Ermənistanın hərbi fəaliyyəti nəticəsində hər kvadratmetrinə bir neçə mina basdırılmış ərazilərdə icrası çətin və uzunmüddətli görünən bu layihələr məhz Prezident İlham Əliyevin diqqət və qayğısı, həm də xüsusi nəzarəti altında həyata keçirildikcə beynəlxalq ictimaiyyət Qarabağın həqiqi sahiblərini tanıdı, dövlətimizin başçısının isə bu istiqamətdə qətiyyəti və iradəsini rəğbət hissi ilə ifadə etməyə başladı.

İşğalın nəticələri Azərbaycan dövləti və xalqı üçün hər nə qədər ağır və faciəli olsa da müharibədən dərhal sonra Prezident İlham Əliyev istər ictimaiyyət nümayəndələri ilə, istərsə də ölkədaxili və xarici səfərlərində keçirdiyi görüşlərdə, qoşulduğu bütün beynəlxalq tədbirlərdə bildirdi ki, Azərbaycan Cənubi Qafqazda sülh naminə yeni bir səhifənin açılmasında maraqlıdır. Belə ki, ölkəmiz xalqlar arasında etimad mühitinin yaradılmasına, dinc və mehriban qonşular kimi birgəyaşayışa, dayanıqlı sülhə, ümumiyyətlə, regionda proqnozlaşdırılan siyasi, iqtisadi inkişafa töhfə verməyə hazırdır.

Təəssüf ki, müharibədən sonrakı bir il ərzində Azərbaycanın bu cür çoxsaylı sülh çağırışlarına Ermənistan tərəfindən nəinki adekvat cavab verilmədi, əksinə, bəzi vaxtlarda gah ölkədəki hakim siyasi rejimin rəhbərliyi və təmsilçiləri, gah da müəyyən siyasi qüvvələr tərəfindən qeyri-adekvat, irrasional və destruktiv fikirlər səsləndirildi.

Bununla belə, noyabrın 26-da Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, dekabrın 15-də isə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli və ikitərəfli görüşlərdən, habelə Soçi görüşünün nəticəsində imzalanmış eyniadlı Bəyanatdan sonra istər vasitəçilər, istərsə də ölkə rəhbərləri tərəfindən səsləndirilən fikirlər Cənubi Qafqazda sülh üçün böyük ümidlər yaradır və gələcək inkişafın müjdəçisi kimi dəyərləndirilir. Bəlkə də indi Cənubi Qafqaz, xüsusən də regionun bu iki xalqı - azərbaycanlılar və ermənilər son 30 illə müqayisədə anlaşmaya və sülhə həmişəkindən daha yaxındırlar. Əlbəttə, hadisələrin gələcək inkişafı həm də Ermənistanın siyasi rəhbərliyinin qətiyyət və iradəsindən, öz xalqının və dövlətinin məhvolma təhlükəsindən xilası üçün nə qədər müdrik və uzaqgörən qərar qəbuletməsindən asılı olacaq. Eyni zamanda, indiki vəziyyətdə tarixən Ermənistan xalqına böyük təsir imkanlarına malik erməni kilsəsinin də, həmçinin kilsə adından danışmağa səlahiyyəti olan erməni din xadimlərinin də xalqlar və dinlər arasındakı sülhə töhfə verməsinə böyük ehtiyac var. Lakin belə bir vəziyyətdə erməni kilsəsinin susqunluğu, indiki həssas vəziyyətdə isə Ermənistandakı və Qarabağdakı revanşist qüvvələrə münasibəti anlaşılan deyil. Bəs hazırda erməni kilsəsinin Qarabağdakı fəaliyyəti nədən ibarətdir? Bu barədə bir az sonra ... Gəlin, əvvəlcə erməni kilsələrinin erməni xalqının tarixindəki roluna diqqət edək.

Bu fikirlər AZƏRTAC-ın bölmə müdiri Rauf Hacıyevin araşdırmasında yer alıb.

Araşdırmanı təqdim edirik: “Eçmiədzin katalikosu I Vazgen 1964-cü il 16 avqust tarixli bəyannaməsində yazır: “Erməni millətinin tarixi V əsrdə, erməni yazısının meydana gəlməsi və Avaray qəhrəmanlıq savaşı ilə başlayır”. Katalikosun adını çəkdiyi Avaray savaşı 451-ci il iyunun 2-də olmuş, ermənilərin məğlubiyyəti ilə nəticələnmişdir. Bu tarixdə Ermənistan Bizans ilə sasanilər arasında ikiyə bölünmüşdü. Deməli, insanlar məğlubiyyətlərini də qəhrəmanlıq kimi təqdim edə bilərlər.

Əslində, Ermənistan tarixində əsas mövzu hər şeydən əvvəl erməni kilsəsidir. Erməni kilsə dövlətindən bəhs etmək daha çox ədalətli olar. Erməni kilsəsinin öz mövcudluğunu qorumaq üçün bir qüvvəyə, bir dövlətə ehtiyacı vardı. Məhz buna görə erməni dövləti fikrini meydana gətirən erməni milləti deyil, erməni kilsəsi idi.

Tarix boyu bu millətçilik mübarizəsində ən böyük rolu, bəzi liderlər istisna edilərsə, bəlli monastırlar vasitəsilə həm dini, həm də intellektual bir mərkəz olaraq çalışan erməni kilsələri oynamışdır. Siyasi müstəqilliyin olmadığı vaxtlarda, katalikos, millətin əməllərini təmsil etmiş və diaspor ilə ermənilər arasında vasitəçilik etmişdir.

Boyaçıyan belə yazır: “Nə qədər geniş olursa olsun erməni kilsəsini eyni ölçüdə ələ almayan erməni tarixi, ermənilərin həqiqi həyatını ortaya qoymağı bacarmaz. Erməni kilsəsi ilə erməni milləti o dərəcədə iç-içədir ki, birisi olmadan başqasını düşünmək mümkün deyildir”.

Bastırmaçıyan isə yazır: “Erməni kilsəsi, erməni millətinin kilsə tərəfindən can verilən ruhunun, yenidən dünyaya gələ bilmək üçün yaşadığı vücududur”.

Diqqət yetirdikdə məlum olur ki, erməniliyə bağlı kilsələrin erməni din adamlarının dini təhsili ilə əlaqədar fəaliyyəti yoxdur. Bunun əvəzinə kilsə millətçilik fikirlərini yaymaq üçün fəaliyyət göstərir və bu istiqamətdə daha çox əmək sərf edir.

Tarixdən məlumdur ki, idarəetmədəki rollarına, xüsusən də dini mövqelərinə görə din xadimlərinin fikirlərinin ermənilər içərisində daha böyük təsiri vardı. Bu məqsədlə din xadimləri yaşadıqları ölkələrdə müxtəlif vilayətlərə səfərlər edirdilər. Bu səfərləri dövründə onlar müxtəlif yerlərdə ermənilərə müraciət edirdilər. Din xadimlərinin xalqla münasibəti yalnız onların müqəddəs kitab ilə əlaqədar vəzifələrini yerinə yetirməsi demək deyildi. Bu baxımdan din xadimlərinin xalq arasındakı fəaliyyəti həm də siyasi xarakter daşıyırdı.

Bir çox tarixçilər erməni kilsəsinin erməni millətini yaratdığını və onun erməni millətinin ruhu olduğu ilə həmfikirdilər.

Tarixçilərin araşdırmaları göstərir ki, erməni ruhaniləri vaxt tapdıqda dini işlərlə məşğul olurdular. Onların fəaliyyətində dini və milli işlər o qədər bir-birinə qarışmışdı ki, birinin harada başladığı, digərinin harada qurtardığını ayırd etmək mümkün deyildi.

Mayevski düzgün olaraq uzun illərdən bəri insanların əlinin çata bilmədiyi yerlərdə monastırlarda görülən işlərin də milli tərbiyə, “millət davası” ilə əlaqədar olduğunu açıqlamışdır. Deməli, dağ başlarında, dəniz və göllərdə, daha necə əlçatmaz yerlərdə qurulmuş monastırların səssizlikləri arasında gələcəkdə ən böyük səsin - üsyanların, işğalların, deportasiyaların, soyqırımlarının əsasının qoyulduğu gizli saxlanmışdı.

Bu ideyalar doğrudan da monastırlarda çox işlər görmüş, oralarda dini görüntülərin olmasına baxmayaraq uzun illər erməni-xristian, türk (azərbaycanlı) - müsəlman düşmənçiliyi körüklənmişdir. Bunun kölgəsində erməni millətçiliyi böyüyüb boya-başa çatmışdı.

Məhz bu cür təbliğatın nəticəsidir ki, son yüz ildə Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə etnik təmizləmə, deportasiya və soyqırımı, tarixi ərazilərimizə qarşı isə işğal həyata keçirilmişdir.

Son 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni icra etməyən, anneksiya siyasətini davam etdirən Ermənistanın təxribatlarına və hərbi əməliyyatlarına cavab olaraq ötən il sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən əks-həmlə əməliyyatlarına başlanıldı.

Qırx dörd gün davam edən və Ermənistanın kapitulyasiyası ilə başa çatan Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən işğalçı ölkə sarsıdıcı məğlubiyyətə uğradıldı, onun silahlı qüvvələri məhv edildi, ölkəmizin ərazi bütövlüyü isə bərpa olundu.

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərə səfərlər edən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, İkinci Qarabağ müharibəsində yalnız Ermənistan ordusu deyil, saxta və uydurma tarix üzərində yaradılmış, milli və dini ayrı-seçkiliyə əsaslanan erməni ideologiyası - ultra erməniçilik, yaxud erməniliyin əsasları sarsıdılmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev onu da bəyan etmişdir ki, əgər Azərbaycan nə vaxtsa Ermənistanda dövlətimizə və xalqımıza qarşı hər hansı revanşist ideyaların baş qaldırdığını müəyyən etsə, Vətən müharibəsində işğalçı ölkənin ordusunu məhv edən “Dəmir yumruq” düşmənə yenə də sarsıdıcı zərbə endirəcək.

İndi dünya ermənilərinin, həmçinin erməni kilsəsinin qarşısında duran əsas məsələ İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən sarsıdılmış saxta, uydurma tarixə əsaslanan və Ermənistanın dövlət ideologiyasına çevrilmiş bir konsepsiyanı - ultra millətçiliyi, yəni erməniliyi (hər cür bəşəri cinayətə əsaslanan, antihumanist ideologiya) dirçəltmək, erməniləri yenidən bir ideya ətrafında toplamaq və onlarda revanş hisslərini qızışdırmaqdır.

Bu məqsədlə oktyabrın sonundan başlayaraq “Hakobavankın intihabı”adlı ideoloji layihənin icrasına başlanılıb. Şüarı "Hakobavank - Qarşıdan gələn qələbənin simvolu" adlanan layihənin təşkilatçıları ermənilərə müraciətdə belə yazırlar: “Bu gün Hakobavankın bərpası mədəniyyət müharibəsində ən mühüm döyüşdür və buna görə də biz mümkün qədər tez birləşməliyik".

Bildirilir ki, layihənin bərpası memar Samvel Ayvazyan olmaqla Erməni Memarlığının Tədqiqi Fondu tərəfindən aparılır. Vaxtilə yepiskop və katolikosun iqamətgahı kimi fəaliyyət göstərən Akobavank monastır kompleksinin dirçəldilməsi layihəsini “Erməni Memarlığının Öyrənilməsi Fondu” “ReArmenia” innovativ əməkdaşlıq və vəsait toplama platformasında vəsait toplamaq yolu ilə həyata keçirir.

Layihə üçün 132 milyon 365 min dram (267 min 231 ABŞ dolları) toplamağı qarşısına məqsəd qoyan fond məbləği ermənilərdən gələn ianələrlə formalaşdırır. 2021-ci il dekabrın 10-na olan məlumata görə, ianələrin toplanması hələ 94 gün davam edəcək. 10 dekabra qədər toplanan məbləğ isə 3 499 200 erməni dramıdır (7064 ABŞ dolları). Əgər yaxın günlərdə ianələr 40 min ABŞ dolları həddini keçərsə “Artsax hökuməti” də bu rəqəmi ikiyə vuraraq əlavə olaraq 40 min ABŞ dolları əlavə özünün verəcəyini açıqlayıb. Layihənin təşəbbüskarları və tərəfdaşları “Artsax Respublikası” və Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasıdır. Hakobavankın bərpa layihəsi memar Samvel Ayvazyan tərəfindən hazırlanıb. Bu memar əvvəl Kəlbəcərdəki Dadivəng (Xudavəng) monastırının da bərpasında iştirak edib. Samvel Ayvazyan özü jurnalistlərə müsahibəsində bildirib ki, qazıntı işlərinin də aparılması planlaşdırılır. Bildirilib ki, bərpa işləri üç il ərzində, üç mərhələdə aparılacaq. Bu məqsədlə italiyalı ekspert Qayane Kaznati məsləhətçi xidməti göstərib. Məlumata görə, problemin əhəmiyyətini qiymətləndirən bir sıra beynəlxalq ekspertlər, digər şəxslər və təşkilatlar layihəyə qoşulmaqda davam edirlər. Ermənilər üç əsrə qədər bir dövr ərzində monastırda bərpa aparılmadığı üçün abidənin dağıldığını deyirlər.

Bildirilir ki, monastırın "dirçəldilməsi" üç əsas mərhələdə aparılacaq - Birinci ildə şimal kilsəsi bərpa olunacaq (2022-ci ilin aprelindən 2022-ci ilin noyabrına qədər). Bu mərhələdə bərpa işləri üçün təxminən 30 milyon dram nəzərdə tutulub. İkinci ildə şərq kilsəsi bərpa olunacaq (2023-cü ilin aprelindən 2023-cü ilin oktyabrına qədər). Bu mərhələdə bərpa işlərinə təxminən 35 milyon dram nəzərdə tutulub. Üçüncü ildə eyvan və sütunlu zal bərpa olunacaq (2024-cü ilin aprelindən 2024-cü ilin oktyabr ayına kimi). Bu mərhələdə bərpa işlərinə təxminən 45 milyon dram nəzərdə tutulub.

Layihənin icraçıları ermənilərə müraciətdə qeyd edirlər ki, “Akobavank” erməni xalqı üçün təkcə mənəvi deyil, həm də sosial və mədəni əhəmiyyətə malikdir. Ona görə də kompleksi bərpa etməklə biz keçmişdə qalan tariximizi bərpa edirik. Guya Azərbaycan bu monastırı alban abidəsi adlandıraraq onu təhrif etməyə çalışır. Ona görə də Akobavank monastır kompleksinin mənəvi strukturlarının bərpası üçün təxminən 110 milyon dram lazımdır.

Əslində, ermənilərin Hakobavank deyərək dünyaya səs saldıqları bu abidə Böyük Aran və ya Müqəddəs Yakov monastırıdır, Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid dini-mədəni irsidir. Böyük Aran və ya Müqəddəs Yakov monastırı Albaniyanın ən qədim monastırlarından biri sayılır. Abidə Qarabağda Kolatağ kəndinin yaxınlığında yerləşir.

Alban dövrü kilsələrinin memarlığı üzrə tədqiqatların müəllifi Gülçöhrə Məmmədova Böyük Aran monastırının VI əsrə aid olduğunu bildirir. S. Hacıyeva isə monastırın VI-XIII əsrlərdə fəaliyyət göstərməsi haqqında mülahizə irəli sürür.

Alban tarixi əsərinin müəllifi Moisey Kalankatuklu VII əsrdə baş verən hadisələrdən bəhs edir. Müəllif Böyük Aran keşişi İovel haqqında qeyd edərkən bu monastırın adını çəkir. Bundan başqa, burada 854-cü il tarixinin qeyd edildiyi yazının aşkar edildiyini bildirir. Xaçdaş üzərindəki yazıda deyilir: "302-ci ildə, Albaniya hakimi İovannesin zamanında mən, Böyük Aran yepiskopu Solomon bu müqəddəs xaçdaşı uçaltdım...".

Məhz bu daşa istinad edən Mübariz Xəlilov da monastırın 854-cü ildə inşa edilə biləcəyi fikrini irəli sürür.

Monastır iki kilsə, iki yardımçı binadan ibarətdir. Qərb tərəfində yerləşən kilsənin uzunluğu 8 metr, eni 3,4 metrdir. Kilsə nal formasında olan absidaya malikdir. Absida ibadət zalı döşəməsindən kifayət qədər hündürdür. Kilsənin girişləri cənub və qərb tərəflərdə yerləşir. Kilsənin işıqlandırılması iki pəncərə vasitəsilədir. Bu pəncərənin biri isə xaçlarla bəzədilib. İkinci kilsə birincidən cənub-şərq küncünə birləşikdir və demək olar birinci ilə eyni plana malikdir. Bir fərq isə şimal divarlarında paralel hücrələrin mövcud olmasıdır. Dörd hücrə var ki, onlardan üçünə giriş ibadət zalından, dördüncüyə isə giriş mehrab absidasından olmuşdur. Divar hörgüsündə xaç daşlar da qoyulmuşdur.

Alban tarixi əsərinin müəllifi Moisey Kalankatuklu VII əsrdə bu monastırın rəhbərinin də iştirakçısı olduğu maraqlı bir hadisənin baş verdiyini qeyd edir.

Müəllif bildirir ki, alban çarı Varaz Trdat Bizansda girov saxlandığı zaman ölkədə onun arvadı Spramanın nüfuzu artmışdı. Nerses adlı yepiskoplardan biri Sprama ilə ittifaqı müqabilində ona ərinin əsirlikdən xilas edilməsi üçün köməkliyini təklif edir. Lakin əvvəlcə Nerses katolikos seçilməli və bundan sonra Alban kilsəsinin etiqadında dəyişiklik edərək xalkedonçuluğa keçməli idi. Bu isə həmin dövrdə monofizit olan kilsə etiqadçıları və dini ruhani təbəqəsi ilə böyük mübarizə tələb edirdi. Çariça Alban Apostol Kilsəsinin yepiskop və əyanları ilə danışıqlara başlayır və onlar çariçanın məsləhəti ilə bu işlərdən xəbərsiz olaraq Nersesə ümumi kilsə yığıncağında səs verirlər. Yığıncaqda olan Böyük Arran yepiskopu İovel görünür Nersesə inanmayan yeganə yepiskop olur. Ona görə də, Nersesə səs vermək üçün şərt qoyur və Nersesdən tələb edir ki, o, bütün yepiskop və əyanların qarşısında Xalkedon kilsə məclisini və papaz Levi lənətləsin. Bunu isə özünün fərmanı və möhürü ilə təsdiq etsin.

Görünür Nerses bu şərti qəbul etmək istəmirmiş. Lakin katalikos olmaq üçün Böyük Arran yepiskopunun səsini də qazanmaq vacib olduğundan Nerses irəli sürülən şərti icra edir.Beləliklə, iclasda olanlar Nersesi Alban Apostol Kilsəsinin katolikosu seçirlər. İovel isə Nersesin imzaladığı fərmanı dərhal alaraq özündə saxlayır. Lakin diofizitliyə keçmək qəfil olmur. Alban tarixi əsərinin III kitab, V fəslində deyildiyinə görə, Nerses 14 il yarım katolikosluq etdikdən sonra diofizitliyin qəbuluna başlayır. Albanları diofizitliyə keçirmək üçün Nerses ilk olaraq Böyük Arran Yepiskopuna verdiyi möhürü ilə təsdiqlənmiş fərmanı əldə etməyə çalışır və bunun üçün Böyük Arran vilayətində Vəng keşişi olan Zəkəriyə ilə danışıq aparır. Zəkəriyyənin həmin fərmanı Nersesə verməsi müqabilində ona Böyük Arran yepiskopu olmasını təklif edir. Zəkəriyə təkliflə razılaşır və fərmanı əldə edən kimi Nerses həmin fərmanı məhv edir. Bundan sonra, Zəkəriyə, Alban çariçası və Nerses öz tərəfdarları ilə birlikdə Alban Apostol Kilsəsinin səcdəgahlarının sökdürülməsinə başlayır. Xalkedon qərarlarına zidd olan keşiş və din adamları təqib edilir, bəzi kilsə rəhbərləri isə ölkədən qovulur.

Moisey Kalankatuklunun Alban tarixi əsərindəki qeydlərindən də göründüyü kimi Böyük Aran və ya Müqəddəs Yakov Monastırı Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid dini-mədəni irsidir və bu abidəni dünyaya Hakobvank adı ilə təqdim etmək cəhdi ermənilərin növbəti riyakarlığından və tarixi saxtakarlığından başqa bir şey deyildir.

Əslində layihənin icrasında məqsəd ermənilərin hansısa dini-tarixi abidəsini bərpa etmək deyil, Qarabağda yaşayan erməniləri birləşdirməkdir. Artıq Kəlbəcərdə yerləşən Dadivəng monastırı olmadığından erməniləri birləşdirmək üçün belə bir qədim tarixi monastıra ehtiyac var. Əsl məqsəd isə yeni ideoloji mərkəz yaradaraq orada təbliğat işini qurmaq, erməniləri qələbəyə ümidləndirmək, onlarda revanş hislərini gücləndirmək, gələcəkdə isə hansısa münasib bir vaxtda işğala başlamaq üçün zəmin yaratmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb