SİYASƏT
Erməni üçlüyünün “humanitar” klounadası, yaxud kimin arxasınca “Davay, do svidaniya” söyləməli
Bakı, 12 yanvar (AZƏRTAC). Suriya ermənilərinə qondarma “humanitar yardım” göstərilməsi üçün Ermənistan-Türkiyə sərhədlərinin müvəqqəti açılması ilə bağlı bütün söhbətlərin Suriyadakı erməni icmasının vəziyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Həmin danışıqların əsas məqsədi Türkiyəni bir daha sancmaqdır (guya bu, hansı yollasa ermənilərə həsrət çəkdikləri əraziləri Ankaradan almağa kömək edəcəkdir).
Həmin təşəbbüsün müəllifləri - erməni fizik, “Miras” müxalifət partiyasının üzvü Daniel İoannisyan, erməni türkoloq Artak Şakaryan və Suriya ermənisi Nikoqos Kolacyan yanvarın 11-də Yerevanda jurnalistlərlə görüşdə bunu dolayısı ilə özləri də etiraf etmişlər.
“Ermənistan Türkiyə ilə sərhədlərin bu cür açılmasına hazırdırmı?”; “Ermənistan bu qədər Suriya ermənisini qəbul etmək iqtidarındadırmı?”; “Ermənistanın miqrasiya xidməti Suriyadan qeyri-ermənilərin axınına nəzarət etməyi bacaracaqmı?”. Maraqlıdır ki, bu sualların cavablarını hətta həmin utopik təşəbbüsün müəllifləri də bilmirlər. Lakin əvəzində onlar Türkiyədən sərhədlərin açılmasını tələb etməyə tələsirlər. Hansı məqsədlə?
Elə buradaca onların əsas məqsədi aydın olur: “Əgər təşəbbüs müvəffəqiyyətlə nəticələnməsə, onda dünya görəcək ki, öz ərazilərinin müdafiəsi üçün NATO ölkələrindən hərbi kömək istəyən Türkiyə hətta Suriya ermənilərinə humanitar yardım göstərilməsi üçün belə, Ermənistanla sərhədi açmaq istəmir. Yəni istənilən halda təşəbbüs fayda gətirəcəkdir”. Daniel İoannisyan əsil məqsədlərini həyasızcasına belə faş edir.
O həm də bəyan etmişdir ki, bu təşəbbüs “ABŞ-ın əlində Türkiyəyə qarşı kiçik bir kart” ola bilər.
Qondarma “humanitar sərhədin” açılmasının xeyrinə imza toplanması ilə bağlı bütün həngamələrin səbəbi də elə budur. Bu əllamələrin Suriya erməniləri ilə qətiyyən işləri yoxdur. Onlara Türkiyə lazımdır.
İçindəkiləri açıb-tökən İoannisyanın “silahdaşı” Artak Şakaryan özü də bilmədən, daha səfeh fikir səsləndirmişdir: “Suriyada güclü erməni icmasının olmaması Türkiyə üçün həm də “yeni Suriya” qurmaq işində sərfəlidir. Bu, həm də ona görə sərfəlidir ki, Suriyada, Livanda və Türkiyə ilə qonşu olan digər ölkələrdəki ermənilər Osmanı Türkiyəsində erməni soyqırımının canlı sübutu, onun qurbanlarının və ya möcüzə nəticəsində sağ qalanların nəsilləridir”.
Ümumiyyətlə, Suriya, Livan və Türkiyə ilə qonşu olan digər ölkələrin erməniləri Osmanlı Türkiyəsində “erməni soyqırımı”nın uydurma olmasının canlı sübutudur, belə ki, soyqırımı millətin qorunub saxlanmasını deyil, məhvini nəzərdə tutur. Burada isə, buyurun, bu da Türkiyə jandarmaları tərəfindən mühafizə edilərək buraya gətirilmiş canlı adamlar. İnsanların təyin olunan yerə qorunaraq çatdırıldığı bu cür soyqırımını harada görmüsünüz?!
Yeri gəlmişkən, Ankara özü də başabəla erməni strateglərinin əsil məqsədlərini başa düşür. Əgər kiməsə quru yolla özünü Suriyadan Ermənistana çatdırmaq lazımdırsa, onda bunu Türkiyə və Gürcüstandan tranzit vasitəsilə etməyə, yaxud İraq və İran üzərindən kəsə yolla Ermənistana keçməyə onlara heç kim mane olmur. Ermənistan-Türkiyə sərhədi əsas məsələ deyildir.
Yeri gəlmişkən, digər bir humanitar məqsəd də vardır ki, onun naminə, doğrudan da, sərhədin bu hissəsini müvəqqəti açmağa dəyərdi - ermənilərə elə Ermənistandan “qurtulmaqda” kömək etmək üçün. Bax onda onlara, doğrudan da, yol da vermək olardı, arxalarınca bir qab su əvəzinə ötən il xitə çevrilmiş Azərbaycan meyxanasından bir-iki kuplet oxumaq da olardı.