SİYASƏT
Ermənilər cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar
Bakı, 6 oktyabr (AZƏRTAC). Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 5-də saat 18.30-dan 18.40-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndində yerləşən, saat 16.20-dən 16.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən ordumuzun üzbəüz mövqelərini atəşə tutmuşlar.
Ermənilər oktyabrın 6-da saat 01.30-dan 01.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 02.05-dən 02.10-dək və 01.45-dən 01.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, saat 01.55-dən 02.05-dək isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.