SİYASƏT
Ermənistan silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar
Bakı, 9 fevral (AZƏRTAC). Ermənistan silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlı bölmələri fevralın 8-də və 9-da gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Erməni silahlı birləşmələri Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.