SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ NÖVBƏTİ DƏFƏ ATƏŞKƏSİ POZMUŞLAR
Bakı, 11 dekabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-da saat 22.00-dan 22.35-dək Ağdam rayonunun Yusifcanlı, saat 22.10-dan 22.30-dək Xocavənd rayonunun Kuropatkino kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.