SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Bakı, 12 yanvar (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-də saat 15.34-dən 15.40-dək Noyenberyan rayonunun ərazisindəki Yanaqçal dağında yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki Yanıxçal dağında yerləşən mövqelərimizi, saat 10.30-dan 10.55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.