Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın İrəvanda azərbaycanlılara məxsus mədəni irsi məhv etdiyini peyk təsvirləri də sübuta yetirir – Araşdırma

Ermənistanın İrəvanda azərbaycanlılara məxsus mədəni irsi məhv etdiyini peyk təsvirləri də sübuta yetirir –  Araşdırma

Bakı, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC

İndiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi, istər Ermənistan SSR-in, istərsə də müasir Ermənistanın apardığı siyasətin tərkib hissəsi olmuşdur. Bu prosesin artıq bir əsrdən çox tarixi var.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tədqiqatçı-tarixçi Səbuhi Hüseynov deyib.

Tədqiqatçı bildirib ki, prosesin başladığı XX əsrin əvvəllərində, daha dəqiq desək, 1924-cü ildən sonra İrəvan şəhərinin yeni planı adı altında əsrin ikinci yarısınadək şəhərin tarixi mərkəzi, (Təpəbaşı məhəlləsi istisna olmaqla) karvansaralar, hamamlar, məscidlər və orta əsr müsəlman məhəllə sistemləri məhv edilərək yerində müasir şəhər salınıb.

1988-ci ildə türk-azərbaycanlı əhalinin sonuncu dəfə İrəvan şəhərindən deportasiyası zamanı şəhərdə hələ də dörd məscid qalmaqda idi. Bunlar Göy məscid, Hacı İmamverdi məscidi, Çətirli məscidi və Sərdar məscidi idi. Bu dini abidələrdən yalnız Çətirli məscidi fəaliyyət göstərdiyi üçün 1988-ci ildə məhv edildi.

Digər dini abidələrdən, Təpəbaşı məhəlləsinin girişindəki Hacı İmamverdi məscidində 1920-ci ildən erməni qaçqınlar yaşadıqları üçün dağıntılara məruz qalmadı. Göy məscid fars məscidi elan olundu. İrəvanın tarixi hissəsində qalan Sərdar məscidinin məhvi ilə bağlı isə yeni mərhələ başladı.

Sərdar məscidinin adı hələ ruslar tərəfindən 1827-ci, 1830-cu, 1856-cı və 1880-ci illərdə hazırlanmış qala və şəhərin planlarında, həmçinin İrəvan şəhərinin Mehrabov tərəfindən 1906-1911-ci illərdə tərtib olunmuş planında qeyd edilmişdi. Məscid haqqında bu qeydlərə İrəvan şəhərinin 1920-ci ilə aid ermənidilli planında da rast gəlmək mümkündür. Ümumiyyətlə, məscid haqqında mənbələr, xəritələr və arxiv sənədləri onun memarlığı, yerləşməsi və tarixi haqqında dolğun məlumat verir.

Bir vaxtlar regionun ən gözəl memarlıq nümunələrindən biri olan Sərdar məscidi unikallığı ilə fransız səyyahı Dübua dö Montperrö, rus etnoqrafı Nikolay Xanikovun, 1862-ci ildə İrəvandan keçən italiyalı səfir De Filipin, 1887-ci ildə fransız arxeoloqu Dieulafoyun, 1893-cü ildə britaniyalı səyyah Linçin, 1897-ci ildə alman incəsənət tarixçisi F.Sarrın və başqalarının diqqətini cəlb etmiş, onlar öz əsərlərində bu abidə haqqında məlumat vermişlər. Abidənin digər adları Abbas Mirzə məscidi, Qala məscidi, Xan məscidi və Köhnə məscid idi.

Sərdar məscidinin XIX əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan tərəfindən inşa edildiyi bilinirdi. Başqa bir mülahizəyə görə, o, Səfəvi dövründə inşa edilmiş başqa bir məscidin yerində tikilmişdir.

Məscidin məhv edilməsi XXI əsrin ilk onilliyinə təsadüf edir. Məscidlə birlikdə İrəvanın tarixi mərkəzinin 6 hektardan artıq bir hissəsinin arxeoloji və mədəni təbəqəsi də dağıdılmışdır.

Tarixçi Səbuhi Hüseynov İrəvanın tarixi mərkəzi olan qala hissəsinin tamamilə məhv edilməsi prosesini müasir texnoloji imkanlar hesabına izləmək və bu prosesin sübutlarını təqdim etmək üçün geniş araşdırma aparıb.

2016-cı ildə Beynəlxalq Cinayət Məhkəməsində Mali Respublikasında vəziyyət və Fəqi Mehdinin işi ilə bağlı prokurorun çıxışında deyilirdi: “Hər hansı bir xalqa məxsus mədəni sərvətlərə ziyan vurmaq bütün bəşəriyyətin mədəni irsinə zərər vurmaq deməkdir”. Həmin prosesdə maddi mədəni irsin məhv edilməsinin təkcə mədəni irs sahiblərinə yox, həm də bütün beynəlxalq ictimaiyyətə toxunduğu vurğulanırdı.

Əslində, unikal memarlığa malik Sərdar məscidinin və qala hissəsinin məhv edilməsi də bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bu məscidin məhv edilməsindən təkcə irsin sahibləri olan azərbaycanlılar yox, həm də beynəlxalq ictimaiyyət təsirlənib. Təəssüf ki, bu məhvetmə prosesini Ermənistan dünyadan gizlədərək beynəlxalq ictimaiyyəti də aldada bilib.

Məscidin yeri haqqında məlumatları 1827-ci və 1837-ci illərdə, işğal ili və on ildən sonra qalanın təsvir olunduğu rus xəritələrindən əldə etmək mümkündür. Əldə edilən planların coğrafi məlumat mühitinə transformasiyası sayəsində qalanın sərhədləri və məscidin dəqiq koordinatlarını öyrənmək mümkündür.

XXI əsrdə İrəvan qalasından qalan tarixi mədəniyyət abidələrinin məhvi prosesini yüksək ayırdetmə qabiliyyətinə malik IKONOS-2, “Quickbird-2”, “GeoEye-1”, “WorldView-2” və “Airbus” peyklərindən əldə edilən təsvirlərlə izləmək mümkündür. Tədqiqatçı tərəfindən bu məqalədə təqdim olunan faktlar da, əslində, Ermənistanın XXI əsrin əvvəllərində Azərbaycanın maddi-mədəni irsinin ən gözəl nümunələrindən birinə qarşı törətdiyi cinayətin sübutlarıdır.

Tarixçi İrəvan qalasının yerləşdiyi ərazinin sovet dövründə hansı vəziyyətdə olduğunu bilmək üçün əvvəlcə 1967-ci il “KH-7 Gambit” və 1982-ci il “KH-9 Hexagon” kəşfiyyat peyklərindən çəkilən təsvirləri də araşdırmaya cəlb edib. Soyuq müharibə dövründə ABŞ-ın kəşfiyyat məqsədli bu peykləri Sovet İttifaqının demək olar bütün ərazilərini yüksək ayırdetmə qabiliyyətinə malik təsvirlərini əldə etmişdilər. Bu təsvirlər uzun müddət məxfilik qrifi altında olmuşdur. Lakin 2002-ci ildə bu peyk təsvirləri məxfilik qrifindən çıxarılaraq elmi təşkilatların ixtiyarına verilib. Araşdırmada həmin peyk arxivlərindən istifadə olunaraq İrəvan qalasının 1967-ci və 1982-ci illərdə vəziyyəti müəyyən edilib.

Beləliklə, İrəvan şəhərinin tarixi mərkəzinin böyük hissəsi çox təəssüf ki, sovet dövründə ermənilər tərəfindən yeni şəhərsalma planlaması adı altında məhv edilib. Lakin müstəqilliyə yaxın İrəvan qalasından hələ də 6 hektardan çox sahə mövcud imiş.

1967-ci il” KH-7 Gambit” və 1982-ci il “KH-9 Hexagon” peykləri İrəvan qalasının tarixindən xəbər verən üç hissənin mövcudluğunu sübut edir. Bunlar qalanın şimalında qırmızı xətlərlə göstərilən Sərdar məscidinin də yerləşdiyi hissə, İrəvan sarayının yerləşdiyi yer (mədəni təbəqə hələ də salamat qalırdı) və qala divarlarından qalan hissədir.

Yüksək ayırdetmə qabiliyyətinə malik müasir peyk təsvirlərindən - 2000-ci il 1 aprel tarixli “IKONOS-2” peyk təsviri ilə 2004-cü il 21 aprel tarixli “Quickbird-2” peyk təsvirinin təhlili onu deməyə əsas verir ki, ərazinin vəziyyəti sovet dövrünün sonlarından bu tarixə qədər dəyişməz qalmışdır.

2006-cı ildə Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının iclasında Ermənistanın azərbaycanlılara məxsus bir neçə məscidi dağıtmasını bildirəndə qarşı tərəf mədəni irsin məhv olunduğunu inkar edirdi. Lakin 2006-cı il tarixli 2 may “Quickbird-2” peyki qırmızı xətlərlə göstərilən ərazidə buldozerlərin “təmizlik” işini apardığını sübuta yetirir. Ermənistan isə həyasızcasına dünya ictimaiyyətini aldadaraq bu işi davam etdirirdi.

2008-ci il 4 iyun tarixli “Quickbird-2” peykinin təsviri artıq Sərdar məscidinin yerləşdiyi ərazidə çoxmərtəbəli iki binanın inşa edildiyini göstərir. Lakin Sərdar məscidinin qalıqlarının solda tikilən binanın qarşısında hələ də qaldığı peyk təsvirindən aydın görünür.

2009-cu il noyabrın 5-də Strasburqda Ermənistanın Avropa Şurasına təqdim etdiyi “Milli azlıqların müdafiəsi üçün çərçivə Konvensiyasının 25-ci maddəsinin 2-ci bəndinə əsasən Ermənistan tərəfindən təqdim edilmiş üçüncü hesabat”ında bildirilir ki, bu ölkənin ərazisində yerləşən bütün tarixi-memarlıq abidələri, mədəni və dini tikililər etnik, dini mənsubiyyətindən asılı olmayaraq, dövlətin himayəsindədir. Həmin hesabatda dövlətin qoruduğu abidələr sırasında Sərdar məscidinin də yer aldığını görürük.

2009-cu il iyulun 23-də İrəvanın qala hissəsinin üzərindən keçən “GeoEye-1” peyki Ermənistanın Avropa Şurasına verdiyi hesabatda yalan danışdığını sübut edirdi. Çünki artıq Qalanın şimal hissəsində çoxmərtəbəli binalar tikilmiş və mədəni təbəqə, o cümlədən hesabata daxil edilmiş Sərdar sarayı kiçik divar hissəsi istisna olmaqla dağıdılmışdı. Bunu sonrakı peyk görüntüləri də sübut edirdi. Belə görünür ki, Ermənistanın hakim dairələri Avropa Şurasını aldatmaqdan belə çəkinməmiş və hesabat verilən dövrdə artıq abidəni məhv etməkdə olmuşlar.

2014-cü il 28 iyun tarixli “WorldView-2” peyk təsviri və son olaraq qala ərazisinin vəziyyətinin təhlili üçün istifadə edilən 2023-cü il 16 aprel tarixli “Airbus” peyk təsviri İrəvan qalasından qalan yeganə hissələrin, eləcə də XVI əsrin əvvəllərinə aid arxeoloji mədəni təbəqənin 6 hektarlıq ərazinin tamamilə məhv edildiyini sübuta yetirir. 2006-cı ildən başlayaraq 2023-cü ilədək inşaat sahəsinə çevrilən İrəvan qalasının mədəni təbəqəsi dağıdılarkən isə heç bir arxeoloji monitorinq və xilasetmə üçün qazıntıların aparılmaması Ermənistan siyasi dairələrinin məqsədyönlü şəkildə mədəni silinmə prosesini həyata keçirdiyini bir daha göstərir.

Beləliklə, XVI əsrin əvvəllərində əsası qoyulmuş İrəvan qalası və onun mədəni təbəqəsinin məhv edilməsi XXI əsrin əvvəllərində dünyanın gözü qarşısında baş vermişdir. Bəşəri mədəni irsə qarşı törədilmiş bu cinayət heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən qınanmamış, Ermənistanın məsuliyyət daşımasına rəğmən, Azərbaycan xalqına məxsus maddi mədəni irs nümunələrinin məhvinə göz yumulmuşdur.

Lakin həqiqət bu peyk təsvirlərinin təhlili ilə üzə çıxır. XXI əsrin əvvəllərində törədilmiş cinayətə görə isə Ermənistan hələ də cavab verməyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib

Qədim Şabran abidəsi ərazisində sərgi açılıb

Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub

AQTA rəsmisi: Şadlıq saraylarında zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir

Gənc memarların işləri mükafatlandırılıb

Naxçıvanda məktəblilər arasında Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib

Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada

Cəlilabadda yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb

Türkiyəli rektor: Beynəlxalq əməkdaşlıq və gənclərin iştirakı ilə təşkil edilən innovativ təşəbbüslər əhəmiyyətlidir

“Hər muzey bir abidədir” adlı tədbir keçirilib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İsmayıllıda qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb

“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub VİDEO

ATGTİ sədri: Hakaton yarışı Azərbaycan və Türkiyə gənclərinin ortaq gələcək vizyonunu əks etdirən mühüm platformadır

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin

“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirmək istəyən şəxslər saxlanılıb

Qəbələdə aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin vəziyyəti öyrənilib

Gənclər Fondunun rəsmisi: Hakaton nəticəsində ərsəyə gələcək ideyalar bütün dünyanın təhsil sisteminə yeni nəfəs gətirəcək

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

İlon Mask tərəfdaşları ilə birlikdə raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verəcək

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub

Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb

® Məktəbli qızlar ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Rektor: Artıq ənənəvi təhsil modelləri yerini çevik, texnologiya və innovasiyaya əsaslanan metodlara verir

Qubada qanunsuz tikili sökülüb

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

Qaya uçqununa görə Qubanın bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib VİDEO

Qaya uçqununa görə Qubanın bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib VİDEO

Premyer Liqa: Bu gün "Qarabağ" - "Neftçi" oyunu keçiriləcək

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb – YENİLƏNİB VİDEO

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb – YENİLƏNİB VİDEO

AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb

Post-prodakşn müsabiqəsinin qalibləri məlum olub