Azərbaycan Dövlət İnformasiya Agentliyi

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.

Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin.

Səmimi hörmətlə,

 

Alar Karis

Estoniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin