MƏDƏNİYYƏT
“Eurovision-2015” mahnı müsabiqəsinin səhnəsi artıq hazırdır
Bakı, 25 aprel, AZƏRTAC
“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi “Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb.
AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatçılar yarışmanın keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayıblar.
Avstriyanın paytaxtı Vyanada yerləşən arenanın səhnəsinin qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub.
Müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov mayın 21-də ikinci yarımfinalında 11 nömrəli çıxışçı kimi “Hour of the Wolf” mahnısını təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:23]
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
- 06.05.2024 [16:50]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]