Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Fəxriyyə Xələfova: Dubayda ölkəmi ətriyyat kimi eksklüziv sahədə təmsil etdiyimə görə çox şadam

Fəxriyyə Xələfova: Dubayda ölkəmi ətriyyat kimi eksklüziv sahədə təmsil etdiyimə görə çox şadam

Dubay, 16 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması, bu meydançada Azərbaycan istehsalçılarının təqdimatı çox əlamətdar hadisədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dubayda “Azərbaycan Ticarət Evi”nin açılışında iştirak edən, burada öz ətriyyat məhsullarını nümayiş etdirən tanınmış azərbaycanlı rəssam-dizayner, yerli ətirlərin ilk istehsalçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib.

F.Xələfova deyib ki, artıq müəyyən vaxtdır yerli məhsulların xarici ölkələrdə tanıdılması üçün “Маde in Azerbaijan” konsepsiyasının yaradılması istiqamətində böyük işlər gedir, ölkənin İqtisadiyyat Nazirliyinin nəzdindəki Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çoxlu konsultativ tədbirlər keçirilir. “Biz istehsalçı qismində bu tədbirlərdə tez-tez iştirak edirik. Burada hər diskussiya ona gətirib çıxarır ki, biz istehsal etdiyimiz məhsulun üzərində onun beynəlxalq reklamı müstəvisində işləyirik. Bununla belə, qablaşdırmanın üzərində hansı məlumatın göstərilməsindən başlayaraq, dizayn və əlbəttə ölkə hüdudlarından kənara çıxdığına görə dünya standartlarına cavab verən məhsulun keyfiyyəti kimi bir çox nüanslar böyük əhəmiyyət kəsb edir”, - deyə F.Xələfova bildirib.

Fəxriyyə Xələfova beş qadın ətrindən ibarət kolleksiyasını Dubayda təqdim etməkdən çox məmnun olduğunu qeyd edib. Bu kolleksiyalardan üçü “Nuray”, biri “Cаspian Rose”, digəri isə “Rosede L’amour” adlanır. Onun sözlərinə görə, ətirlərin hazırlanmasında istifadə edilən bütün notlar Azərbaycan təbiətini, məhz bu diyarda bitən çiçəkləri təcəssüm etdirir. “Məsələn, Xəzər qızılgülü - dünyanın heç bir ölkəsində olmayan unikal Azərbaycan çiçəyidir. Yaxud al qızılgülümüz - bu xüsusi növdür ki, özünəməxsus, təkraredilməz iyə malikdir. Hələ dahi Nizami bu al qızılgülü tərənnüm edib. Bu səbəbdən də öz ətirlərimi yaradarkən mən məhz Azərbaycan rayihələrindən istifadə edirəm. Birləşmiş Ərəb Əmirliklərinə və ümumiyyətlə ərəb dünyasına gəlincə, bunu deyə bilərəm ki, burada qədim ətir mədəniyyəti mövcuddur və ictimaiyyəti Azərbaycan ətirləri ilə tanış etmək hər iki tərəf üçün faydalı olacaq. Mən öz tərəfimdən ərəb rayihələrini öyrənirəm. Onu da qeyd etmək istərdim ki, Ticarət Evinin açılışına gələn və mənim ətirlərimlə maraqlanan ziyarətçilərə yeni rayihələrlə, yeni çalarlarla tanış olmaq çox maraqlı idi. Rəylər çox müsbət idi, mənim ətirlərimi hamı bəyənirdi, bütövlükdə, kolleksiyama böyük maraq göstərilirdi”, - deyə kolleksiya müəllifi bildirib.

Ətirlərin hazırlanması ilə bağlı fəaliyyətindən danışan Fəxriyyə Xələfova vurğulayıb ki, onların yaradılması üçün ətriyyatçı olmalı və bu sənətin sirlərinə sahib olmalısan. Onun sözlərinə görə, ətriyyatçı olmaqdan ötrü o, bu peşəni öyrənib, bu istiqaməti mənimsəyib. “Bu sənəti öyrənməkdən ötrü mən Nitsa və Monako arasında yerləşən məşhur ətriyyat mərkəzində - Qrassda əsas biliklərə yiyələnmişəm. Hazırda mən öz ətriyyat şəbəkəmi genişləndirməyi və yeniləri üzərində işləməyi planlaşdırıram. Diqqətəlayiq haldır ki, Azərbaycan Ticarət Evinin açılışında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsurinin irəli sürdüyü bir neçə konseptual ideyanın nəticəsi bizimlə ərəb istehsalçıları arasında inteqrasiyanın zəruriliyini göstərir. Ətriyyat sahəsində xeyli maraqlı birgə layihələr həyata keçirmək olar, əsasən də ətirlərin birgə istehsalı mümkündür. Əgər müştərək istehsala, ətriyyat məhsullarının istehsalına maraq varsa, o zaman müəyyən addımlar atmaq olar. Çünki Dubayın ərazisində və ümumiyyətlə Birləşmiş Əmirliklərdə ətir istehsal edən bir neçə böyük fabrik var və orada peşəkar kadrlar çalışır. Siz bilirsiniz ki, ərəb bazarı parfümeriya məhsulları ilə zəngindir. Ayrı-ayrı istehsalçılar, alıcılar üçün nəzərdə tutulan müxtəlif qiymətlər mövcuddur. Lakin bazarda bolluqdur və əhali üçün ilk yerdə məhz öz məhsulu dayanır. Bu da müsbət amildir ki, vətəndaşlar öz ətirlərinə, öz istehsalına, öz incə rayihələrinə daha çox üstünlük verirlər. Hesab edirəm ki, bu, çox mühümdür, çünki ətir emosional-psixoloji məqamdır və onu istifadə edən şəxsə yaxın olmalıdır. Məsələn, mən özümə emosional cəhətdən yaxın olan ətirləri Azərbaycan qadınları üçün yaradıram, bu səbəbdən də onlar tərəfindən sevilir”, - deyə F.Xələfova vurğulayıb.

BƏƏ-də öz məhsullarının irəlilədilməsi perspektivlərindən danışan F.Xələfova qeyd edib ki, Dubay və ərəb dünyası turizm mərkəzidir, buraya dünyanın hər bir yerindən ziyarətçilər gəlir. “Mən daim çalışıram ki, ətirlərim bəyənilsin. Mən Dubayda öz ətir stendimin yanımda idim. Müsbət rəyləri qəbul etmək çox xoş idi. Maraqlıdır ki, mənim məhsullarım barədə müsbət rəy bildirənlərin əksəriyyəti ərəblər və digər əcnəbilər idi. Mən istehsalın xüsusi növü sayılan ətriyyat kimi eksklüziv sahədə öz ölkəmi təmsil etdiyimə görə çox şadam. Bu, çox məsuliyyətli işdir. Bu səbəbdən öz çıxışımda qeyd etdim ki, mənim ətrimi alan və istifadə edən alıcılara nə qədər yaxın olduğumu başa düşürəm, sanki bunu hiss edirəm. Mən bu prosesə çox məsuliyyətlə yanaşıram ki, öz brendimə, məhsuluma inam ən yüksək səviyyədə olsun”, - deyə sonda Fəxriyyə Xələfova bildirib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb