MƏDƏNİYYƏT
FİKRƏT ƏMİROVUN YENİ TAPILMIŞ FOTOLARI NÜMAYİŞ ETDİRİLMİŞDİR
AZƏRTAC Azərbaycan Dövlət Film Fonduna istinadla xəbər verir ki, oktyabrın 23-də Muzey Mərkəzində SSRİ xalq artisti, dövlət mükafatı laureatı, bəstəkar Fikrət Əmirovun geniş ictimaiyyətə məlum olmayan, yeni tapılmış fotoşəkillərindən ibarət sərgi keçirilmişdir.
Dövlət Film Fondu ilə Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin birgə təşkil etdikləri sərgidə F.Əmirovun Kanadada yaşayan soydaşımızın şəxsi arxivindən gətirilərək, bərpa olunmuş fotoları iştirakçılara təqdim edilmişdir.
Sərginin açılış mərasimində Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları Azərbaycanda musiqi mədəniyyətinin inkişafında, onun beynəlxalq aləmdə tanınmasında Fikrət Əmirovun xidmətlərindən danışmışlar.
Tədbirdə görkəmli bəstəkarın kinofilmlərə yazdığı musiqilərdən parçalar səsləndirilmışdır.
Axırda bəstəkar Cəmil Əmirov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.