DÜNYA
Finlandiya dünyanın ən təhlükəsiz ölkəsidir
Bakı, 12 oktyabr, AZƏRTAC
Dünyanın ən təhlükəsiz ölkələri reytinqində birincilik Finlandiyaya məxsusdur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Dünya İqtisadi Forumunun tərtib etdiyi reytinqə 141 ölkə daxildir. Finlandiyadan sonra ikinci və üçüncü yerləri müvafiq olaraq Qətər və Birləşmiş Ərəb Əmirlikləri tutur. İlk onluğa, həmçinin İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya daxildir.
Ekspertlər ölkələrdə təhlükəsizlik şəraitini cinayətkarlığın, o cümlədən terrorçuluğun, xalqın hüquq mühafizə sistemləri əməkdaşlarına etimadının səviyyəsinə və qanun keşikçilərinin əhalini müdafiə etmək qabiliyyətinə əsasən qiymətləndiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]