DÜNYA
Finlandiya Prezidenti və Baş naziri ölkənin təcili olaraq NATO-ya üzv olmasını istəyib
Stokholm, 12 may, Rauf Əliyev, AZƏRTAC
Finlandiya təcili olaraq NATO-ya üzv olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin tərəfindən birgə yayılan mətbuat açıqlamasında bildirilib.
Qeyd edilib ki, Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət təqdim etməlidir.
"NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya da müdafiə alyansının gücünə güc qata bilər. Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Ümid edirik ki, bu qərarın qəbulu üçün hələ də tələb olunan tədbirlər yaxın vaxtlarda dərhal həyata keçiriləcək" - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, mayın 14-də Finlandiyanın hakimiyyətdə olan Sosial Demokratlar partiyası NATO ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm