ELM VƏ TƏHSİL
Fizika İnstitutunun əməkdaşları “Web of Science” elmi bazasından istifadə qaydaları barədə məlumatlandırılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
“Clarivate analytics” agentliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşları üçün seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda agentliyin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinanın məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Clarivate analytics” agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları agentliyin “Web of Science” elmi bazasından istifadə imkanı əldə edib.
İ.Kenjina bildirib ki, seminardan məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.
Sonra müzakirələr aparılıb və suallar cavablandırılıb.