Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Forumun işçi sessiyasında “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzusu müzakirə olunub VİDEO

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" mövzusunda işçi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək deyib ki, bu gün Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. Bu gün Azərbaycan multikulturalizmi dünyanın bir sıra aparıcı universitetlərində tədris olunur. Xarici universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələrin ildə iki dəfə ölkəmizə səfərləri təşkil edilir.

Qeyd edilib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Azərbaycan bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Biz bu gün fəxrlə Azərbaycan modelini bütün dünyada təbliğ edirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam və inkişaf etdirir. Dünyanın siyasi, iqtisadi və dini zəmində narahat gündəm yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Vurğulanıb ki, Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlərboyu bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Azərbaycanda daxili sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair "Bakı Prosesi"nin müəllifi, İslam mədəniyyətinin ümumbəşəri əhəmiyyətinə, dinimizin sülhsevər mahiyyətinə yüksək dəyər verən Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməklə olduqca müdrik qərarlar verib. Prezident İlham Əliyev Azərbaycanı bu ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə, ölkəmizi qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atmış oldu. Humanitar forumların mütəmadi şəkildə Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etməklə qüdrətli ölkəyə çevrildiyini söyləyən Allahşükür Paşazadə deyib: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğ etməklə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və himayəsi ölkəmizi bu istiqamətdə böyük nüfuz sahibi edib".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarixboyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. Hazırda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür.

Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib: "Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır".

Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva diqqətə çatdırıb ki, bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir: "Tarixi Azərbaycan torpaqlarının 20 faizinin monokultural siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına baxmayaraq, ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilir. Təkcə bu faktın özü Azərbaycan dövlətinin və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur. Azərbaycanda bütün konfessiyalar arasında mehribanlıq, qarşılıqlı anlayış və sıx əməkdaşlıq ölkəmizdəki tolerantlıq mühitinin bundan sonra da qorunub saxlanılmasının qarantıdır".

Sessiyada Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar, Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, UNESCO-nun xoşməramlı səfiri, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ nümayəndəliyinin rəhbəri, Vaşinqton Hüquq Assosiasiyasında məsləhətçisi Janna Skot ölkəmizdə multikulturalizmə verilən önəmi yüksək qiymətləndiriblər. Bildirilib ki, multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir.

Moskva Dövlət Linqvistik Universitetinin rektoru İrina Krayevanın moderatorluğu ilə keçirilən sessiyanın ikinci hissəsində Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqus, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ nümayəndəliyinin müşaviri Adnan Xan, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətli nümayəndəsi, BBMM-in ABŞ nümayəndəliyinin müşaviri Hyepin İm, BBMM-in İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, Mərkəzin Drezden nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber və Rusiyanın siyasi analitiki Oleq Kuznetsov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Forumun işçi sessiyasında “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” mövzusu müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir