DÜNYA
Fransa dünyada şərab istehsalına görə yenidən liderdir
Paris, 24 oktyabr, AZƏRTAC.
Dünyada şərab istehsalına görə ötən il bir qədər geriləyən Fransa 2014-cü ildə əsas şərab istehsalçıları olan İtaliya və İspaniyanı qabaqlayaraq yenidən liderliyi əldə edib. Bu il Fransada 46 milyon dekalitr şərab istehsal olunub. Bu il 2013-cü illə müqayisədə 4 milyon dekalitr çoxdur.
Bu barədə Beynəlxalq Şərab Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2013-cü ildə dünyada 271 milyon dekalitr şərab istehsal olunmuşdursa, cari ildə bu rəqəm 287 milyon dekalitr təşkil edib.
Təşkilatın direktoru 2014-cü ildə İtalyanın şərabçılıq təsərrüfatlarında 42, İspaniyada isə 37 milyon dekalitr şərabın istehsal olunduğunu bəyan edib.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]