DÜNYA
Fransa hava limanlarının dispetçerləri tətil edir
Paris, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Fransada hava dispetçerləri tətilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Fransada hava nəqliyyatı dispetçerləri tətil etdiyi üçün Roissy hava limanında çox sayda uçuşlar ləğv olunub.
Mülki aviasiya xidməti xəbərdarlıq edib ki, hələ də planlaşdırılmış bəzi uçuşlar son anda təxirə salına və ya tamamilə ləğv edilə bilər.
Bildirilir ki, tətil hava nəqliyyatı dispetçerləri birliyinin təşəbbüsüdür. Onlar inflyasiya ilə bağlı olaraq, məvaciblərinin artırılmasını, eləcə də əlavə işçilərin işə götürülməsini tələb edirlər.
Qeyd edək ki, Roissy hava limanındakı tətilə görə Türkiyə Hava Yollarına məxsus uçuşlar da ləğv olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [22:26]
Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]