Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fransada bu ölkənin Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun xatirə abidəsi açılıb

Bakı, 22 iyun, AZƏRTAC 

Fransanın Montauban şəhərinin yaxınlığında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Kabertat Maquis Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş abidənin açılış mərasimi keçirilib.

Xatirə abidəsi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə qoyulub.

Bu münasibətlə Montauban şəhərinin yaxınlığında yerləşən, azərbaycanlı partizanlar da daxil olmaqla Müqavimət Hərəkatının qəhrəmanlarının qalıqlarının saxlanıldığı Kabertat Mavzoleyinin qarşısında Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Ayaz Qocayevin, deputat Valeri Rabaultinin, Müdafiə Nazirliyi yanında Veteranlar İdarəsinin yerli bölməsinin direktoru Pyer Amestoyun, Monklar, Vaissak, Negrepelisse, Montriko və Puygaillar şəhərlərinin merlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Tədbir 1944-cü il iyunun 20-də nasistlər tərəfindən Maquisdə qətlə yetirilmiş Fransa Müqavimət Hərəkatının üzvlərini anmaq üçün dini mərasimin icrası ilə başlayıb. Vaissak şəhərinin meri Frensis Delmas və Kabertat Maquis Dostları Assosiasiyasının prezidenti Mişel Po mərasimdə çıxış ediblər. Sonra Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib və Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri Marie-Laetitia Gourdin çıxışında bildirib: “Bu gün Maquis de Kabertatda Midi-Pyrenees, Vosges və Alzas regionlarında Üçüncü Qusar Polkunda döyüşən azərbaycanlıların, xüsusilə Əhməd Mişel kimi tanınan və ya partizan yoldaşları tərəfindən “Xarko” adlandırılan Əhmədiyyə Cəbrayılovun anım mərasiminə toplaşmışıq. İkinci Dünya müharibəsində Qızıl Ordu sıralarında nasistlərə qarşı rəşadətlə mübarizə aparan Əhmədiyyə 1944-cü ilin yazında Fransa Müqavimət Hərəkatına qoşulmamışdan əvvəl Ukrayna və Fransada yerləşən düşərgələrdə əsir olub”.

M.Gourdinin sözlərinə görə, Midi-Pyrenees regionunda bir neçə şəhərin azad edilməsində iştirak edəndən və 1944-cü ilin sentyabr ayında general De Qolla Tuluzada görüşəndən sonra Əhmədiyyə Alzasa gedib, orada Mulhaus və Belfort şəhərlərinin azad edilməsində iştirak edib. TEAS əmin olmaq istəyirdi ki, Əhmədiyyənin adı unudulmayıb və buna görə də təşkilat birgə mərasimin təşkili üçün Kabertat Maquis Dostları Assosiasiyası ilə yaxından əməkdaşlıq edib.

Mərasimdə çıxış edən Ayaz Qocayev deyib ki, İkinci Dünya müharibəsi Azərbaycan ərazisinə çatmasa da azərbaycanlılar faşizm üzərində Qələbəyə böyük töhfələr veriblər. 600 mindən artıq Azərbaycan sakini bu müharibədə iştirak edib və onların yarısı canlarından keçərək həlak olub. Azərbaycan müharibədə vacib rol oynayıb və neft resurslarını Qələbənin əldə olunmasına yönəldib. Hitlerin bu sərvətləri ələ keçirmək üçün Bakını zəbt etmək planı var idi. Azərbaycanlılar Avropadakı Müqavimət Hərəkatının bir çox üzvləri ilə çiyin-çiyinə vuruşublar. Onların arasında keçmiş Yuqoslaviya, İtaliya, Polşa və təbii ki, Fransa var idi. Onlardan ən tanınmışı Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək rəsmi mükafatlarından olan “Fəxri Legion” mükafatına və Fransanın Milli Qəhrəmanı adına layiq görülüb.

Maquis de Kabertatda Fransa Müqavimət Hərəkatının sağ qalan üzvlərindən biri Andre Terrassier deyib: “Mən Əhməd Mişeli yaxşı tanıyırdım. O, çox cəsur insan idi və heç zaman üzündən təbəssüm əksik olmazdı”.

Müqavimət Hərəkatının Rene Çambard adlı başqa bir üzvünün oğlu da anım mərasimində iştirak edib. O, 1977-ci ildə Əhmədiyyənin onun atasını son dəfə ziyarət etməsi haqqında xatirələrini bölüşüb. Cambard onların bir-birilərinə göndərdikləri məktublar haqqında söz açıb. Bu məktublarda onun atası Əhmədiyyəni “silah qardaşı” adlandırırdı.

Tədbirdə bildirilib ki, Azərbaycanın dilbər guşəsi olan Şəkidə dünyaya göz açmış Əhmədiyyənin hekayəsi vətənpərvərlik, hünər, uğur və əzm haqqındadır. 240 minlik sovet əsgərlərindən biri kimi, o, Don çayı üzərindən keçən İzyum körpüsü yaxınlığında nasistlərə qarşı əməliyyatda əsir düşüb. Əhmədiyyə bir çox düşərgələrdə əsirlik taleyi yaşayıb və sonda Polşa sərhədinin yaxınlığında yerləşən Frankfurt-an-der-Oder şəhərində sovet respublikalarından olan əsgərlər üçün düşərgəyə salınıb. Nasistlərin qələbəsindən sonra Azərbaycana müstəqillik vəd edilməsinə rəğmən, o, nasistlərə qoşulmaqdan imtina edərək düşərgədən qaçmaq və yenidən Qızıl Orduya qoşulmaq qərarına gəlib. Xadimənin köməyi ilə qaçmağa müvəffəq olan Əhmədiyyə Fransa Müqavimət Hərəkatına qoşulub. Çox vaxt o, nasist zabitlərinin baş çəkdiyi restoran və kafelərdə partlayışlar törədir, körpü və dəmir yolu xətlərini sıradan çıxarırdı. O, “Xarko” ləqəbi ilə tanınırdı. Gestapo onun başına görə 10 min alman markası məbləğində mükafat təyin etmişdi.

Fransa-Sovet Paktı bağlanandan sonra, Əhmədiyyə məcburi olaraq Sovet İttifaqına repatriasiya edilib və “NKVD” tərəfindən işgəncələrə məruz qalıb. 1966-cı ildə ona bəraət verilib. Bu, Fransa Prezidenti general Şarl de Qolun Sovet İttifaqına ikinci səfəri zamanı baş verib. Həmin vaxtda o, artıq Şəkiyə qayıdıb, general Şarl de Qolun onu görmək istəyi qəhrəmanın bir gecədə məşhur olması ilə nəticələnib. Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO