DÜNYA
Fransada mənzillərin birində 57. 4 kiloqram narkotik madd, çoxlu sayda odlu və soyuq silah aşkar edilmişdir
Paris, 17 mart ( AZƏRTAC ). Fransanın Lorren departamentinin gömrük xidmətinin əməkdaşları saxladıqları maşının 24 yaşlı sürücüsündən şübhələndikləri üçün onun üzərində axtarış aparmış, cibindən 106 qram heroin və bir mənzilin açarını aşikar etmişlər. Gənc tutulub saxlanılmışdır.
Gömrük nümayəndələri və polis tutulub saxlanılmış gəncin Nansi şəhərinin ətrafında diqqəti bir o qədər də cəlb etməyən yerdəki mənzilində axtarış aparmışlar. Axtarış zamanı 43 kiloqram heroin, 2, 4 kiloqram kokain, 12 kiloqram digər narkotik maddə, Kalaşnikov avtomatı olmaqla çoxlu sayda odlu silah, qumbaralar, partladıcı maddələr, 6 ədəd soyuq silah və 150 min avro aşikar edilərək müsadirə olunmuşdur.
Polis həbs edilən gəncin hansısa cinayətkar dəstə, və yaxud terrorçu təşkilatla əlaqəli olmasını araşdırır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris