İDMAN
Fransadakı “Feliks Bollar” stadionunda Azərbaycan bayrağı dalğalanır
Bakı, 19 avqust (AZƏRTAC). Fransa mətbuatı Azərbaycanın bayrağının “Lans” futbol klubunun stadionunda dalğalanması barədə yazı dərc etmişdir.
AZƏRTAC xəbər verir ki, www.lensois.com saytında yerləşdirilən yazıda azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasından sonra 41 min 233 tamaşaçı tutumu olan “Feliks Bollar” stadionunda yenilik baş verdiyini vurğulamışdır. Bildirmişdir ki, arenanın ən yüksək hissəsində Fransa bayrağı ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan bayrağının da dalğalandırılmasına başlanılmışdır.
Yazıda H.Məmmədovun işinin çoxluğu səbəbindən “Lans” – “Oser” matçına (4:1) yetişə bilmədiyi, tribunada oyunu izləyən Azərbaycan nümayəndə heyətinin isə bu jesti yüksək qiymətləndirdiyi qeyd olunmuşdur.
Həmin qarşılaşmanı stadionda Azərbaycan futbolunun veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və “Bakı” futbol klubunun sabiq vitse-prezidenti Tunc Avşar da izləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]