DÜNYA
Fransalı inkassator qızını qaçıran cinayətkarlara 26 milyon avro verib
Bakı, 9 fevral, AZƏRTAC
Fransalı inkassator Lionda qızını qaçıran cinayətkarlara 26 milyon avro verməyə məcbur olub.
AZƏRTAC “Parisien” qəzetinə istinadla xəbər verir ki, fevralın 8-də axşam saatlarında cinayətkarlar çilingər adı ilə qızın evinə girib və onu qaçırıblar. Bundan sonra onlar girovun İsveçrədə inkassator işləyən atası ilə əlaqə saxlayaraq qızının qarşılığında furqondakı nağd pulu tələb ediblər.
Görüş İsveçrədə baş tutub. İnkassator cinayətkarlara 15 milyondan 30 milyonadək İsveçrə frankı (13-26 milyon avro) məbləğində pul verib. Bir qədər sonra jandarmeriya qızı Fransanın En departamentinin Tramua kommunasında aşkarlayıb.
Hazırda Fransa polisi hadisə ilə bağlı təhqiqat aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [22:26]
Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]