DÜNYA
G7: iqtisadiyyatdan “Breksitə” qədər
Bakı, 27 may, AZƏRTAC
Yaponiyada “Böyük yeddilik” ölkələri liderlərinin birinci görüş gününün əsas mövzusu dünya iqtisadiyyatının problemləri və qlobal böhranın təkrarlanmasından yayınmağa yönəlib.
AZƏRTAC Euronews informasiya agentliyinə istinadla xəbər verir ki, əsas diqqətin yönəldiyi məsələlərdən biri də, terrorla mübarizə, həmçinin Suriya və Ukrayna böhranının həlli məsələsidir.
Beləliklə də, G7 liderləri Suriya münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırıb. Donbasdakı böhranın diplomatik yolla həlli təklif olunub, həmçinin separatçıların nəzarət etdiyi rayonlarda seçkilərin tez bir zamanda keçirilməsinin vacibliyi qeyd edilib. “Yeddilik” Krımla bağlı Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə saxlanmasına qərar verib.
Böyük Britaniyanın Avropa İttifaqından çıxması perspektivləri isə ayrılıqda müzakirə edilib.