Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gədəbəy rayonunda ümumi məhsul istehsalının həcmində 11 faiz artım qeydə alınıb

Gədəbəy, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

Son illər Azərbaycanın bütün bölgələri kimi, ucqar dağ rayonu olan Gədəbəyin də uğurlu inkişafı təmin edilib. Prezident İlham Əliyevin ötən il avqustun 4-də Gədəbəyə səfəri zamanı rayonda Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının açılışı olub. Dövlətimizin başçısı həmçinin “Gədəbəy Mineral Suları” MMC-nin limonad istehsalı müəssisəsinin, “Azərişıq” ASC-nin 110/35/10 kilovotluq Gədəbəy Elektrik Yarımstansiyasının və Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gədəbəy rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun məruzəsində qeyd olunub ki, 2017-ci ildə Gədəbəydə ümumi məhsul istehsalının həcmi 11 faiz artmaqla, 494751 min manata çatıb. Ümumi məhsul istehsalında sənaye məhsullarının dəyəri 132124 min manat, kənd təsərrüfatı məhsulları 136732 min manat, ticarət 205779 min manat, tikinti, nəqliyyat, rabitə və digər xidmətlər 20116 min manat olub. Rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 25 683,5 min manat yerli, 272 min manat xarici olmaqla, ümumilikdə, 25 955,5 min manat investisiya cəlb edilib və bu investisiyalar hesabına 482 yeni iş yeri yaradılıb.

Bildirilib ki, rayon iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilib və müvafiq kömək göstərilib. 2017-ci ildə rayonda 127,2 min ton kartof istehsal olunub ki, bu da 2016-cı illə müqayisədə 18 min ton və ya 16,1 faiz çoxdur. Taxıl istehsalı 3319 ton, arpa 209 ton, qarğıdalı 197 ton, tərəvəz 4189 ton, o cümlədən kələm istehsalı 3654 ton olub. Orta məhsuldarlıq hər hektara kartof üzrə 106, buğda üzrə 27, arpa üzrə 20 sentner təşkil edib.

Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 49 min 798 baş, qoyun-keçilərin sayı isə 255 min 552 baş təşkil edib. Həmçinin diri çəkidə 6,1 min ton ət və 42,8 min litr süd istehsal olunub. Hazırda rayonda 1006 nəfər kənd sakini fərdi təsərrüfatında 8009 arı ailəsi saxlayır. Hesabat ilində rayon üzrə 48 ton bal əldə edilib. Bu da 2016-cı illə müqayisədə 1 ton çoxdur.

Məruzədə diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 2282 hektar əkin sahəsinin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 148,3 min manat subsidiya verilib, 249 istehsalçıya 139 ton mineral gübrə 70 faiz güzəştli qiymətlərlə satılıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə aparılan süni mayalama nəticəsində əldə edilmiş 66 baş buzova görə fermerlərə 6,6 min manat subsidiya ödənilib. Eyni zamanda, əkilməyən pay torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə aparılan maarifləndirmə işləri nəticəsində Düzyurd kəndində 60 hektar, Kiçik Qaramurad və Parakənd kəndlərində 200 hektar olmaqla, 260 hektar torpağın əkilməsi təmin edilib.

Əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi istiqamətində aparılan işlərə uyğun olaraq Çobankənd və Göyəlli kənd poçt şöbələri yenidən tikilərək istifadəyə verilib, internet xidməti daha da genişləndirilib.

Kəndlərdə infrastrukturun yenilənməsi və bərpası istiqamətində görülən işlərə uyğun olaraq İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun beş kəndində uzunluğu 37 kilometr olan kənd yolları təmir olunub, beş kənddə abadlaşdırma işləri aparılıb. “Qızıl Aypara” və “Qırmızı Xaç” komitələri ilə aparılan qarşılıqlı işlər nəticəsində rayonun sərhədyanı Mormor, Zamanlı, İsalı, Cücənli, Dördlər, Motudərə, Qasımağalı, Arabaçı və Fərzalı kəndlərində, ümumilikdə, 408 ailəyə 2 ton üzvi, 50 kiloqram azot gübrəsi, 9 ədəd mini kultivator, 1800 litr yanacaq və sürtgü yağı, 39 ailəyə isə birdəfəlik maddi yardım verilib.

Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə görülən işlər çərçivəsində Göyəlli və Mormor kəndlərində istismar müddətini başa vurmuş elektrik dayaqları və naqilləri yeniləri ilə əvəzlənib. Hesabat ilində rayonun Dəyirmandağ kəndində Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi tikilib istifadəyə verilib.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”da Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir