İQTİSADİYYAT
Gələn ilin büdcəsində mənzil və kommunal, kənd təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 920,8 milyon manat vəsait proqnozlaşdırılır
Bakı, 13 oktyabr (AZƏRTAC). Gələn ilin dövlət büdcəsində mənzil və kommunal, kənd təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 920,8 milyon manat vəsait proqnozlaşdırılmışdır.
AZƏRTAC xəbər verir ki, bu proqnoz Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi “Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri”nin təqdimatında əksini tapmışdır.
Bu isə 2011-ci illə müqayisədə 66,5 milyon manat və ya 7,8 faiz, 2010-cu ilin faktiki icrası ilə müqayisədə isə 279,1 milyon manat və ya 43,5 faiz çoxdur. Beləliklə ayrılan vəsaitin dövlət büdcəsinin xərclərində çəkisi 5,4 faizə çatacaqdır.