İQTİSADİYYAT
Gələn ilin yanvarından Azərbaycanda “Avro-3” standartları qüvvəyə minəcəkdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Hazırda Azərbaycanda “Avro -3” standartlarının tələblərinə uyğun dövlət standartları mövcuddur.
Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hökumətə müvafiq təkliflər verilmişdir.
Komitənin şöbə müdiri Namiq Tağıyev AZƏRTAC-a bildirmişdir ki, hazırda Nazirlər Kabinetində “Avro-3” standartının Azərbaycan Respublikasında qüvvəyə minməsi mexanizminə baxılır və yaxın günlərdə bu məsələ həllini tapacaqdır.
Beləliklə, 2014-cü ilin yanvar ayından “Avro-3” standartı qüvvəyə minəcəkdir. Növbəti illərdə isə müvafiq ardıcıllıqla “Avro-4” və “Avro -5” standartlarının tətbiqi nəzərdə tutulur.