GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram: Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
|
Rüstəmova Fəridə Eldar qızı
|
-
|
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
|
|
Sevdiməliyev Ramiz Ramiz oğlu
|
-
|
Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi
|
|
Yusifli Zəhra Ceyhun qızı
|
-
|
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 fevral 2009-cu il.