Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Ağayeva Gülər İlham qızı
-
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi
Cəfərov Xamiz İlham oğlu
-
Bakı Xoreoqrafiya Məktəbinin şagirdi
Kərimli Akif Kərim oğlu
-
Bakı Xoreoqrafiya Məktəbinin şagirdi
Qəniyev Elvin Xoca
-
Türkiyənin Bilkənd Universiteti nəzdində Adnan Sayqun adına Musiqi Məktəbinin şagirdi
Məmmədova Şəfiqə Namiq qızı
-
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi
Nağıyev Vaqif Vahid oğlu
-
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Sadıqzadə Zəminə Elxan qızı
-
Bakı Xoreoqrafiya Məktəbinin şagirdi
Zeynalov Rüstəm Samir oğlu
-
Bakı şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin şagirdi

 
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin