REGİONLAR
“Gənc Liderlər üçün Qış Universiteti”nin ikinci günü başa çatıb
Gəncə, 11 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin iştirakçıları ikinci günə səhər idmanı ilə başlayıb.
Hərəkatdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, gün ərzində baş tutan panellər çərçivəsində "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov "İnnovasiya əsaslı ideya generasiyası", Milli Məclisin deputatı İlham Məmmədov "Motivasiya fundamentli uğura gedən yol", deputat Pərvin Kərimzadə "Gənc liderlərin inkişafında təhsilin rolu", PR və Marketinq üzrə mütəxəssis Günay Məhərrəmli "Rəqəmsal dünyada sosial medianın imkanlarından effektiv istifadə formaları" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda "Social Night" proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.