ELM VƏ TƏHSİL
Gənc professorlar Türkiyə universitetlərində araşdırmalar aparıblar
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Gənc professorlar” layihəsinin iştirakçıları iyunun 15-dən iyulun 15-dək Türkiyənin nüfuzlu universitetlərində olublar.
ADİU-dan AZƏRTAC-bildirilib ki, layihə çərçivəsində ADİU-nun elmlər doktoru proqramına qəbul olunmuş iqtisad üzrə fəlsəfə doktorları Elşən Bağırzadə, Anar Rzayev, Raqif Qasımov, dosentlər Fariz Əhmədov, Həmid Həmidov və Gəray Musayev Türkiyənin Hacettepe, Uludağ və Sakarya universitetlərində dissertasiya işləri üzrə araşdırmalar aparıblar.
Araşdırmalarını yerli professorların rəhbərliyi altında həyata keçirən layihə iştirakçıları, eyni zamanda, Türkiyə universitetlərinin elmi-tədqiqat sahəsindəki müvafiq təcrübəsini öyrənib, əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.