CƏMİYYƏT
Gəncə Apelyasiya Məhkəməsində 39 işə baxılmışdır
Bakı, 29 mart (AZƏRTAC). Martın 28-də Gəncə Apelyasiya Məhkəməsində 39 işə baxılmışdır.
Məhkəmədən AZƏRTAC-a bildirmişlər ki, Cinayət kollegiyasında baxılmış 11 işdən beşi təxirə salınmış, ikisi məhkəmə baxışına təyin edilmiş, dörd işə nəticə verilmişdir.
Hərbi kollegiyada baxılmış 6 işdən biri məhkəmə baxışına təyin edilmiş, üçü təxirə salınmış, iki işə nəticə verilmişdir
Mülki kollegiyada baxılmış 12 işdən üçü üzrə yekun məhkəmə qərardadı çıxarılmış, beşi üzrə apelyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmiş, dörd iş üzrə isə məhkəmə iclası təxirə salınmışdır.
İnzibati-iqtisadi kollegiyada baxılmış 10 işdən yeddisi üzrə yekun qərardad çıxarılmış, biri üzrə apelyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmiş, iki iş üzrə məhkəmə iclası təxirə salınmışdır.