REGİONLAR
Gəncə Dövlət Universitetində kadr hazırlığına xüsusi önəm verilir
Gəncə, 22 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) aparılan struktur dəyişikliklərinin tərkib hissəsi kimi universitetdə ilk dəfə olaraq, tyudor xidməti yaradılıb. Bu xidmətə işə qəbul isə imtahanlar vasitəsilə həyata keçirilir.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 3 mərhələdə keçiriləcək imtahanların 1-ci mərhələsi iyulun 21-də reallaşıb. İlkin olaraq kompüter texnikası və müasir texnologiyalardan istifadə bacarıqlarının yoxlanılması məqsədilə test imtahanı (kompüterin əməliyyat sistemləri, MS Office proqramları, elektron poçt yaratma və istifadə və s.) keçirilib.
Qeyd edək ki, 2-ci mərhələ iyulun 22-də, 3-cü mərhələ isə iyulun 25-də keçiriləcək. İkinci mərhələdə iddiaçı dünyagörüşü, ölkə tarixi və məntiqi biliklərinin yoxlanılması üçün əlyazma formasında ən azı 2 vərəqdən ibarət esse yazmalıdır. Üçüncü mərhələdə isə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, təhsil qanunvericiliyi barədə bilik səviyyəsinin yoxlanılması məqsədilə müsahibə keçiriləcək.