RƏSMİ XRONİKA
GƏNCƏ ŞƏHƏRİNDƏ MƏDƏNİYYƏTİN, TƏHSİLİN VƏ SƏHİYYƏNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ OLAN ŞƏXSLƏRƏ FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda mədəniyyətin, təhsilin və səhiyyənin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Azərbaycan Respublikasının əməkdar artisti”
Tağızadə Kəmalə Oqtay qızı
“Azərbaycan Respublikasının əməkdar rəssamı”
Əkbərov Mübariz Səməd oğlu
Məmmədov Şaiq Murtuzəli oğlu
“Azərbaycan Respublikasının əməkdar müəllimi”
Hüseynova Faizə Ələkbər qızı
Məmmədzadə Teyyub Həbib oğlu
Zahidov Hüseyn Əsgər oğlu
“Azərbaycan Respublikasının əməkdar həkimi”
Bədəlov Şamil Məmməd oğlu
Nəbiyev Namiq Mobil oğlu
Nəcəfov Nizami Səyad oğlu
Rzayev Mehman Elman oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2007-ci il.