CƏMİYYƏT
Gəncədə avtobusda qadının cibindən mobil telefon oğurlayan şəxsin digər cinayət əməlləri üzə çıxıb
Bakı, 31 mart, AZƏRTAC
Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadını sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyənləşdirilərək saxlanılıb.
Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Onların ətraflarında aparılmış əməliyyat tədbirləri ilə həmin şəxslərin şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, küçədə digər bir qadının cibindən mobil telefonunu, həmçinin bir evin həyətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.