REGİONLAR
Gəncədə onlayn şahmat turniri keçirilib
Gəncə, 13 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş onlayn şahmat turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı, Gəncə şəhərlərinin, Şəki və Samux rayonlarının 51 şahmatçısı İsveçrə sistemi ilə 11 turda, hər iştirakçıya oyunun sonuna qədər 3 dəqiqə olmaqla mübarizə aparıblar.
Ümumi yarışda İslam Hacəliyev (Şəki) 1-ci, Orxan Bağırov (Bakı) 2-ci, Natik Əliyev (Gəncə) 3-cü yerdə qərarlaşıb.
Qızlar arasında Aytac Məmmədova (Samux) 1-ci, Aytən Əlizadə (Gəncə) 2-ci, Leyla Budaqova (Gəncə) isə 3-cü yerə layiq görülüb.
Yekun nəticələrə görə, ümumi yarışda və qızlar arasında ilk 3 yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplomlarla təltif ediliblər.