GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNDƏ GÖRÜŞ
İyulun 18-də Gənclər, İdman və Turizm Nazirliyində otüstü xokkey üzrə Avropa birinciliyinin Litvada keçirilən qrup mərhələsi seçmə oyunlarında uğurla çıxış etmiş Azərbaycanın qadınlardan ibarət yığma komandasının üzvləri ilə görüş keçirilmişdir.
Nazir Əbülfəz Qarayev bildirdi ki, Azərbaycan xokkeyçiləri Çexiya, Avstriya və Belçika komandalarına qalib gələrək, ilin sonunda Barselonada keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanmışlar. Bu səviyyədə yarışlarda ilk dəfə çıxış edən Azərbaycan yığma komandasının təcrübəli rəqiblər üzərində qələbəsi ölkəmizin xokkeyçilərinin ustalığının artdığını göstərir. Nazir dedi ki, xokkey federasiyasının rəhbərliyi qısa müddət ərzində yüksək səviyyəli oyun nümayiş etdirən yeni komanda yarada bilmişdir.
Federasiyanın prezidenti Fazil Məmmədov xatırlatdı ki, xokkeyçilərimizin qələbəsi voleybolçu qızlarımızın komanda yarışlarında uğurlu çıxışından sonra ikinci qələbədir. Milli Olimpiya Komitəsi federasiyalara daim kömək göstərir. İlham Əliyevin MOK-a rəhbərlik etdiyi vaxtdan bəri komanda növlərində və bütün digər növlərdə böyük irəliləyiş baş vermişdir. Fazil Məmmədov MOK-un və nazirliyin rəhbərliyini əmin etdi ki, xokkeyçi qızlarımız qarşıdakı çempionatda uğurla çıxış edəcək və olimpiya oyunlarında iştirak hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]