CƏMİYYƏT
Gənclər və idman naziri əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində olub
Bakı, 24 yanvar, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzdə yaradılan şərait və fəaliyyətlə maraqlanan Fərid Qayıbov Azərbaycan Boccia Federasiyasının nümayəndələri və idmançıları ilə görüşüb.
Görüşdə qarşıdakı yarışlara hazırlıq prosesi müzakirə edilib, idmançıların məşqləri barədə məlumat verilib, boccia idman növü üzrə məşqlər nümayiş olunub.
Söhbət zamanı bildirilib ki, Azərbaycanda əlilliyi olan idmançılar arasında idmanın bu növünə xüsusi maraq var. Boccia idmanı onların reabilitasiyasında xüsusi əhəmiyyət daşıyır.