“GƏNCLƏRİN MƏŞĞULLUĞUNU GÜCLƏNDİRƏK!”
Bakı Şəhər Məşğulluq İdarəsinin rəisi İntizam Abdullayev AZƏRTAC-ın müxbirinə demişdir:
-Biz idarə, müəssisə və təşkilatların rəhbərlərinə, habelə iş axtaranlara hələ bir ay bundan əvvəl müraciətlər qəbul etmişik. Məqsədimiz yarmarkaya daha çox iş yerinin çıxarılması və işsizlərin mümkün qədər məşğulluğunu təmin etməkdir.
Nümayəndələrimiz yarmarkaya hazırlıq dövründə 3800 obyektdə olmuş, müxtəlif təşkilatlarda yeni iş yerlərini müəyyən etmək üçün söhbətlər aparmışlar. Nəticə göz qabağındadır. Bu günədək 927 idarə və müəssisə yarmarkada iştirak edəcəyini bildirmişdir. Onlar əhaliyə 5189 iş yeri təklif edəcəklər. Bunlar əsasən dövlət və özəl müəssisələr, müştərək və tam xarici sərmayəli şirkət və təşkilatlardır. Təkcə, “Azəristilik” İstehsalat Birliyi yarmarkaya müraciət edənlərə 600 daimi və mövsümi iş yeri təklif edəcəkdir.
Boş iş yerləri üzrə orta aylıq əmək haqqı müxtəlifdir. Dövlət müəssisələrində bu, 390 min manata, özəl sektor üzrə 578 min manata, xarici şirkətlər üzrə 830 min manata bərabərdir.
Fürsətdən istifadə edib iş axtaran vətəndaşları yarmarkaya dəvət edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]